4 OKTYABR 2017
RUSİYA
Apellyasiya Məhkəməsi Dennis Kristensenin məhkəmə prosesinə qədər həbsdə saxlanılması qərarını verdi
28 sentyabr 2017-ci il tarixində Oryol Rayon Məhkəməsi üçsaatlıq dinləmədən sonra Yehovanın Şahidi olan Danimarka vətəndaşı Dennis Kristensenin azadlığa buraxılması ilə bağlı apellyasiya şikayətini rədd etdi. Müttəhim 23 noyabr 2017-ci il tarixində keçiriləcək məhkəmə prosesinə qədər həbsdə saxlanılacaq.
İyul ayında keçirilən dinləmə zamanı alt məhkəmə Dennis Kristensenin həbsini əsassız olaraq uzatmışdı. Çox güman ki, noyabr ayına qədər uzadılan bu müddət müttəhimi ekstremizmdə ittiham etmək üçün onun əleyhinə «dəlillər» toplamağa ayrılmışdı. Kristensenin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) vəsatətlə müraciət etdi. Nəticədə, 4 sentyabr 2017-ci il tarixində AİHM Rusiyaya sorğu göndərməklə müttəhimin hüquqlarının pozulması ilə bağlı işin araşdırılmasına başladı.
Dennis Kristensen Rusiyada Sovet hakimiyyəti dövründən bəri imanına görə həbs olunan ilk Yehovanın Şahidi olduğu üçün bu məhkəmə işi beynəlxalq marağa səbəb oldu.