3 MART 2014-CÜ İL
RUSİYA
Rusiya apelyasiya məhkəməsi JW.ORG saytını qadağan etmək qərarını ləğv etməklə insan haqlarını müdafiə etdi
2014-cü il 22 yanvar tarixində Tver Vilayət Məhkəməsinin üç hakimindən ibarət kollegiyası Yehovanın Şahidlərinin rəsmi jw.org saytını qadağan edən aşağı instansiya məhkəməsinin qərarını ləğv etdi a. Rusiya məhkəmələrinin son illər ərzində Yehovanın Şahidləri ilə bağlı işlərdə verdiyi qərarlar onların əleyhinə olsa da, bu vilayət məhkəməsi saytın qadağan olunması üçün dəridən-qabıqdan çıxan prokurora uymadı.
Moskvadan təxminən 160 kilometr şimal-qərbdə yerləşən Tver şəhərinin aşağı instansiya məhkəməsinin 2013-cü il 7 avqust tarixli qərarından sonra Rusiya dövlətinin təşəbbüsü ilə Yehovanın Şahidlərinin təqib olunması daha da şiddətləndi. Cəmi 25 dəqiqə davam edən dinləmədən sonra məhkəmə saytın qadağan olunması barədə qərar çıxartdı. Yehovanın Şahidlərinin nümayəndələrinə dinləmənin olacağı barədə xəbər verilməmişdir, o cümlədən yerli prokurorun irəli sürdüyü ittihamları təqzib etməyə və ilk instansiya məhkəməsində özlərini müdafiə etməyə imkan verilməmişdir. Yehovanın Şahidləri bu qərar barədə apelyasiya şikayətinin verilmə müddətinin bitməsinə bir neçə saat qalmış, yəni 2013-cü il 12 sentyabr tarixində kütləvi informasiya vasitələrindən xəbər tutmuşdular. Onlar dərhal Tver Vilayət Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdilər.
2014-cü il 22 yanvar tarixində apelyasiya şikayəti üzrə dinləmə zamanı vilayət məhkəməsi etiraf etdi ki, saytın sahibi olan Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Nyu-York) hüquqları pozulmuşdur və tərəflərin hər birinin öz dəlillərini təqdim etməsi üçün yeni dinləmə təyin etdi. Ədliyyə və Daxili İşlər Nazirliklərinin İdarələrinin nümayəndələrinin dəstəyinə arxalanan prokuror məhkəmədən xahiş etdi ki, məhkəmə saytın «ekstremist» olduğunu bəyan etsin və onu Rusiya Federasiyasının ərazisində qadağan etsin. Vilayət məhkəməsi onun arqumentlərini rədd etdi.
Rusiya ərazisində Yehovanın Şahidlərini təqib etmək üzrə kampaniya: Yehovanın Şahidlərinin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə ekstremizm barədə qanunun düzgün tətbiq edilməməsi. 2009-cu ildə Rusiya hökuməti «Ekstremist fəaliyyətinə müqavimət» barədə federal qanununun qeyri-dəqiq ifadəsindən istifadə edərək Yehovanın Şahidlərinə qarşı təşkil olunmuş kampaniyaya başlamışdır. Əvvəllər bu kimi hadisələr tək-tük hallarda olurdu, indi isə bütün ölkədə baş verir. Hökumət növbəti hallara bəraət qazandırmaq üçün ekstremizm barədə qanunu düzgün tətbiq etməmişdir:
1600-dən çox Yehovanın Şahidinin həbs edilməsinə
Təxminən 70 dini nəşrlərin qadağasına
171 ev və ibadət yerində axtarışların aparılmasına
69 dini görüşün pozulmasına
Tver məhkəməsində dinləmə zamanı prokuror saytdakı nəşrlərdən altısının «ekstremist» olduğunu əsas gətirərək saytın qadağan olunmasına nail olmaq istəyirdi. Tver Vilayət Məhkəməsi ekstremizm barədə qanuna əsaslanaraq 2013-cü il 7 avqust tarixində jw.org saytının qadağan olunması barədə qərar çıxardı və onu federal ekstremist materiallar siyahısına daxil etdi.
Bu qərar öz məqsədilə qeyri-mütənasib idi, belə ki, bu qərarda heç bir alternativ, məsələn, «ekstremist» ədəbiyyatları saytdan çıxarmaq kimi variantlar nəzərdə tutulmurdu. Vilayət məhkəməsi biləndə ki, saytın sahibləri «ekstremist» damğası vurulan bütün nəşrləri Rusiya əhalisinin əldə etməməsi üçün saytdan götürüb, dərhal o nəticəyə gəldi ki, saytın qadağan olunması üçün heç bir qanuni əsas yoxdur. Bununla bağlı qərar artıq qüvvəyə minib, lakin prokuror altı ay ərzində kassasiya şikayəti verə bilər.
Tver Vilayət Məhkəməsinin qərarı vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümid etməyə əsas verirmi?
Düzəliş olunası çox şey var. Tver Vilayət Məhkəməsinin qərarı və verdiyi obyektiv qiymət Rusiyanın digər məhkəmələrinin Yehovanın Şahidlərinə qarşı gördüyü repressiv tədbirlərin tam əksidir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Şahidlərin din azadlığı hüququnu pozduğuna görə Rusiya hökumətini bir neçə dəfə mühakimə edib. AİHM-nın qərarına uyğun davranmaq əvəzinə, Rusiya insan hüquqlarını pozmağa davam edir. Din azadlığı hüquqlarını müdafiə etməyə çalışan Yehovanın Şahidləri Rusiyaya qarşı AİHM-ya 23 şikayət ərizəsi veriblər.
Tver Vilayət Məhkəməsinin qərarı vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümid etməyə əsas verirmi? Yehovanın Şahidləri Rusiyanın bu qərara, eləcə də AİHM-nın verəcəyi qərarlara münasibətini diqqətlə izləyəcəklər.
a Məhkəmənin qərarı sayta girişin qarşısını almayacaqdı. Bu qərar hakimiyyət nümayəndələrinə ondan istifadə edən və reklam edən istənilən adamı cinayət törətməkdə ittiham etmək səlahiyyəti verəcəkdi.