2 AVQUST, 2017
RUSİYA
Beynəlxalq ictimaiyyətin Rusiya Ali Məhkəməsinin Yehovanın Şahidlərinin əleyhinə çıxartdığı qərara münasibəti
Beynəlxalq qurumlar və rəsmi nümayəndələr Rusiya Ali Məhkəməsinin Yehovanın Şahidlərinin ibadətinə qadağa qoymaqla bağlı qərarına münasibət bildirdi. Onlar sülhməramlı fəaliyyətlə tanınan dini qurumun əleyhinə Rusiyanın çıxartdığı ədalətsiz və sərt məhkəmə qərarına tənqidi rəy bildirdi.
2017-ci il iyulun 17-də Rusiya Ali Məhkəməsinin üç hakim heyətindən ibarət Apellyasiya Şurası Məhkəmənin 20 aprel tarixli «“Rusiyadakı Yehovanın Şahidlərinin İdarə Mərkəzini”, həmçinin onun bir hissəsi olan yerli dini qurumların ləğv edilməsi və təşkilatın əmlakının Rusiya Federasiyası tərəfindən müsadirə edilməsi» haqqında qərarını qüvvədə saxladı. Bu qərarla Məhkəmə Rusiyadakı Yehovanın Şahidlərinin ibadətini bir mənalı şəkildə qadağan etdi.
Apellyasiya Şurasının 17 iyul 2017-ci il tarixli qərarından sonra bildirilən rəylər
Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurasının 20 aprel tarixli qərarı qüvvədə saxlayan 17 iyul 2017-ci il tarixli qərarından sonra bildirilən rəylərdən sitatlar:
«Rusiya Ali Məhkəməsinin Yehovanın Şahidlərinə “ekstremist” damğası vuran qərarına qarşı müraciətin rədd edilməsi bizi dərindən narahat edir. Bu qərar 175000-dən çox Rusiya vətəndaşının dinc ibadətinə qadağa qoyur və onların Rusiya Konstitusiyası ilə qorunan din azadlığı hüququnu tapdalayır» (İnsan Hüquqları Şurasının naziri Lord Əhməd Uimblendon, Böyük Britanıyanın Xarici və Birlik İşləri Nazirliyi) https://www.gov.uk/government/news/minister-for-human-rights-statement-on-russian-supreme-court-ruling
«Rusiya Ali Məhkəməsinin bu həftə Yehovanın Şahidlərinin əleyhinə verdiyi qərar Rusiyadakı dini azlıqları təqib edən narahatedici cərəyanın son həddi oldu. Biz Rusiya hakimiyyətini Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulan qadağanı aradan qaldırmağa, İdarə Mərkəzinin bağlanması ilə bağlı verilən qərarı ləğv etməyə və haqsız yerə “ekstremist” fəaliyyətdə ittiham olunaraq həbs olunmağa davam edən dini azlıqların hər bir üzvünü azad etməyə çağırırıq» (ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Noyert). https://www.state.gov/r/pa/prs/ps/2017/07/272679.htm
«Bütün dini qurumlar kimi Yehovanın Şahidləri də Rusiya Federasiyası Konstitusiyasının, eləcə də, Rusiyanın Beynəlxalq öhdəlikləri və Beynəlxalq insan hüquqları standartlarının təmin etdiyi azad toplaşmaq hüququndan maneəsiz və sərbəst şəkildə yararlanmalıdırlar» (Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi). https://eeas.europa.eu/headquarters/headquarters-homepage/30022/statement-spokesperson-upheld-ban-activities-jehovahs-witnesses-russia_en
«Təəssüf ki, Ali Məhkəmənin qərarı hökumətin din azadlığından dinc şəkildə yararlanmağı ekstremizmlə bir tutmağa davam etdiyini göstərir. Yehovanın Şahidləri “ekstremist” qruplaşma deyil və onlara öz imanlarını hökumətin sıxışdırması olmadan, azad və sərbəst şəkildə bölüşmək imkanı verilməlidir» (ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Daniel Mark). http://www.uscirf.gov/news-room/press-releases/russia-jehovah-s-witnesses-banned-after-supreme-court-rejects-appeals
«Məhkəmənin Rusiyadakı Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qərarını qüvvədə saxlaması faktı məni çox narahat edir. Bir sıra çağırış cəhdlərimizə baxmayaraq, din və düşüncə azadlığı hüququndan dinc şəkildə yararlanmağa cinayət adı verildi» (Rusiya, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq şəbəkəsinin koordinatoru Gernot Erler). http://www.auswaertiges-amt.de/sid_5DAC942B7DE50BCC4AFCDFC864C2E383/EN/Infoservice/Presse/Meldungen/2017/170719-Ko_RUS-Zeugen_Jehovas.html
«Məhkəmənin Rusiyada imanlı insanlar kimi tanınan Yehovanın Şahidlərinə qadağa qoymaqla bağlı son ədalətsiz qərarı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinə əsasən din və etiqad azadlığının müdafiəsi hüququnu pozur... Müxtəlif etiqada sahib olan bütün imanlı insanlar, eləcə də, vicdan azadlığı hüququnu yüksək qiymətləndirən kəslər Rusiyadakı Yehovanın Şahidlərinin tərəfini saxlamalıdırlar» (Lantos Fondunun Prezidenti – Dr. Katrina Lantos Svet). https://www.lantosfoundation.org/news/2017/7/17/lantos-foundation-condemns-russias-outrageous-decision-to-ban-jehovahs-witnesses
Ali Məhkəmənin 20 aprel 2017-ci il tarixli qərarından sonra bildirilən rəylər
Apellyasiya Şurasının qərarından öncə beynəlxalq qurumlar və rəsmi nümayəndələr Rusiya Ali Məhkəməsinin 20 aprel tarixli qərarını mühakimə edir:
«Mən Prezident Vladimir Putindən öz nüfuzundan istifadə edərək azlıqların, eləcə də, Yehovanın Şahidlərinin hüquqlarını müdafiə etməsini xahiş etdim» (Baş nazir Angela Merkel, Prezident Putinlə mətbuat konfransı zamanı). http://uk.reuters.com/article/uk-russia-germany-putin-syria-idUKKBN17Y1JZ
«Ali Məhkəməni son qərarı nəticəsində Yehovanın Şahidlərinin İdarə Mərkəzinin Rusiya Federasiyasında ekstremist təşkilat olduğu iddia edildi, bununla birlikdə Şahidlərin istifadə etdiyi 395 yerli dini qurum bağlandı, Rusiyada din azadlığı ilə bağlı ciddi narahatçılıqlar artdı, eləcə də, ekstremizmə qarşı qanunvericilikdən sui-istifadə edilərək sərbəst toplaşmaq və söz azadlığı hüququ məhdudlaşdırıldı» (AŞPA-nın Monitorinq Komitəsinin Rusiya Federasiyası üzrə həmməruzəçiləri Teadora Bakoyannis və Lilyan Mauri Pasker). http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6599
«Rusiyanın din azadlığına hörmət etməməsi Moskvanın ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) qarşısında öhdəçilikdən boyun qaçırmasının növbəti üzrsüz səhvi idi. İmanlarını dinc şəkildə bölüşən insanların təqib edilməsi, cərimələnməsi və həbs olunması yol verilməzdir. Məhkəmənin Yehovanın Şahidlərinə məxsus mülkiyyəti müsadirə etməsi isə əsl rüsvayçılıqdır. Ümid edirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələyə baxacaq» (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının sədri senator Rocer Uiker). http://csce.emailnewsletter.us/mail/util.cfm?gpiv=2100141660.2454.614
«Rusiya Federasiyası Ali Məhkəməsinin Rusiyadakı Yehovanın Şahidlərinin İdarə Mərkəzinin fəaliyyətinə “ekstremizm” adı ilə qoyduğu qadağa qərarı Şahidlərin sadəcə ibadət etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmasına yol açır. Bütün digər dini qurumlar kimi Yehovanın Şahidləri də Rusiya Federasiyası Konstitusiyasının, eləcə də, Rusiyanın Beynəlxalq öhdəlikləri və İnsan Hüquqları standartlarının təmin etdiyi sərbəst toplaşmaq hüququndan dinc şəkildə yararlanmalıdır» (Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi). https://eeas.europa.eu/headquarters/headquarters-homepage/24870/statement-ban-activities-jeho
«Rusiyadakı Yehovanın Şahidlərinin dinc fəaliyyətinə əsassız qadağa qoyulması və onların ölkədə bir cəmiyyət olaraq sıxışdırılması, sözün əsl mənasında, məni narahat edir. Ali Məhkəmənin bu qərarı demokratik, azad, sərbəst, plüralist, tolerant cəmiyyətlərin söykəndiyi prinsip və dəyərləri təhlükə altına qoyur» (ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link). http://www.osce.org/odihr/313561
«Sadəcə ibadət etdiklərinə görə sülhməramlı insanların təqib olunması qərarı din azadlığı ilə bağlı əsas hüquqları, həmçinin Rusiya Federasiyası Konstitusiyasının müdafiə etdiyi beynəlxalq insan hüquqları standartlarını açıq-aydın pozur. Odur ki, bu məsələyə ən qısa müddətdə baxılmalıdır» (İrqçiliyə, Ksenofobiyaya və Ayrı-seçkiliyə qarşı mübarizə üzrə ATƏT-in sədrinin şəxsi nümayəndəsi professor İnqeborq Gabriel). http://www.osce.org/odihr/313561
«Rusiya Ali Məhkəməsinin Yehovanın Şahidlərini “ekstremist” adlandıraraq çıxartdığı qərar məni təşvişə salır. Rusiya Konstitusiyasının din azadlığı haqqındakı qanuna zidd olan bu qərara əsasən, faktiki olaraq, 175000 Rusiya vətəndaşının dinc ibadəti qanunsuzluq hesab edilir. Böyük Britaniya Rusiya hökumətini insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə səsləyir» (BMT-nin Xarici və Birlik İşləri üzrə sabiq dövlət naziri baronessa Coys Anelay). https://www.gov.uk/government/news/minister-for-human-rights-criticises-russian-supreme-court-ruling-for-labelling-jehovahs-witnesses-as-extremist
Beynəlxalq ictimaiyyətin Rusiya Ali Məhkəməsinin qərarına etirazı
2017-ci il 20 iyul tarixində ATƏT-in Daimi Şurası Avropa Birliyindən (AB) bir bəyanat qəbul etdi. Bu bəyanatda Rusiya Yehovanın Şahidlərinə «Rusiya Federasiyası Konstitusiyasının, eləcə də, Rusiyanın Beynəlxalq öhdəlikləri və İnsan Hüquqları standartlarının təmin etdiyi sərbəst toplaşmaq hüququndan dinc şəkildə» yararlanmaq imkanı yaratmağa səslənilir. Bəyanat Vyanada Avropa Birliyinin bütün 28 üzvü tərəfindən yekdilliklə qəbul edildi. Eləcə də, AB-yə daxil olmayan Avstraliya, Kanada və Norveç də daxil olmaqla bir sıra ölkələr də bu bəyanatı dəstəklədi. https://eeas.europa.eu/sites/eeas/files/pc_1155_eu_jehovahs_witnesses_in_russia.pdf
Rusiya Ali Məhkəməsinin Rusiyada yaşayan Yehovanın Şahidlərinin ibadətinə faktiki olaraq qadağa qoyması bütün dünyadakı Şahidləri dərindən məyus edir. Beynəlxalq qurumlar və rəsmi nümayəndələr öz rəylərində Rusiyanın ədalətsiz olaraq Yehovanın Şahidlərinə «ekstremist» damğası vurmasını, beləcə, öz konstitusiyasının və dini azadlığın müdafiəsi ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasını ifşa etdi. Avropa İnsan Hüquqları Məhkəməsinin bu məsələni araşdıracağına və ölkədaxili qadağanı ləğv edəcəyinə ümid edirik.