23 MAY 2018
RUSİYA
Rusiyanın Yehovanın Şahidləri ilə pis rəftarı beynəlxalq tənqidə səbəb olur
Avropa Birliyi və Birləşmiş Ştatlar Rusiya hökumətinin Yehovanın Şahidlərinə qarşı pis rəftarı haqda narahatçılıqlarını ifadə edən ayrı-ayrı bəyanatlar yayımladı. Bəyanatlarda Rusiyanın iddialarının yalan olduğu aşkar edildi. Çünki Rusiya iddia etmişdi ki, Yehovanın Şahidlərinin hüquqi şəxsinin qadağan olunması ayrı-ayrılıqda onların ibadət etmə azadlığına təsir etməyəcək. Bununla belə, Avropa Birliyinin bəyanatda dediyi kimi, «iddia onun [Rusiya hökumətinin] hərəkətləri ilə düz gəlmir». Birləşmiş Ştatlar Rusiyanın Yehovanın Şahidlərinə göstərdiyi rəftarla onun iddiasını müqayisə edərək belə bir qənaətə gəldi ki, «vəziyyət iddianın tam əksidir».
Rusiya hökuməti 8 Yehovanın Şahidini həbs edib və hal-hazırda 11 şəhərdə 12 cinayət istintaqı aparılır. Müsadirə edilən əmlakların sayının getdikcə artması böyük narahatlıq yaratsa da, əsas narahatlıq əqidəsinə görə təqib olunan məsihilərin əziyyət çəkməsidir.
Avropa Birliyi və Birləşmiş Ştatlar Rusiya hökumətini fikir, vicdan, din və ya etiqad azadlığı öhdəliklərinə hörmətlə yanaşmağa səsləyir.
Bəyanatların linkləri:
https://www.osce.org/permanent-council/381820
https://www.osce.org/permanent-council/381823