Kontentə keç

14 FEVRAL 2013-CÜ İL
RUSİYA

Rusiya: Birgə yığışmağa qadağa qoymaq qanuni deyil

Rusiya: Birgə yığışmağa qadağa qoymaq qanuni deyil

Dekabrın 5-i 2012-ci ildə Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi qərara aldı ki, dini təşkilatlar icarəyə götürdükləri və dini görüşlər keçirdikləri yerlərdə, eləcə də şəxsi evlərdə ruhani fəaliyyətlə məşğul olmaq üçün bu haqda qabaqcadan xəbər verməyə məcbur deyillər. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Ombudsmanın verdiyi bu qərar, hər il bu cür görüşləri keçirən Yehovanın Şahidləri üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi bu qərarı Avropa İnsan Hüquqları Məhkəməsində Yehovanın Şahidlərinin qazandıqları qələbələrə istinad edərək çıxartmışdı. Yehovanın Şahidlərinin rəsmi təmsilçisi Qriqori Martınov deyir: «Ümidvarıq ki, bu, tarixi qərar bizə maneəsiz yığışmağa kömək edəcək və Rusiyada dini azadlıq bərqərar olacaq».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Rusiya: Qriqori Martınov, tel.: +7 812 702 2691