Kontentə keç

5 DEKABR 2017
RUSİYA

Rusiyada Yehovanın Şahidlərinin yerli filialının hökumət tərəfindən müsadirəsinə dair məhkəmə dinləməsi başlayır

Rusiyada Yehovanın Şahidlərinin yerli filialının hökumət tərəfindən müsadirəsinə dair məhkəmə dinləməsi başlayır

Rusiya hökuməti Yehovanın Şahidlərinin Sankt-Peterburq yaxınlığındakı Solneçnoye qəsəbəsində yerləşən İdarə Mərkəzi tərəfindən istifadə edilən bütün əmlaklarını müsadirə etmək cəhdini davam etdirir.

20 aprel 2017-ci il tarixində keçirilən Ali Məhkəmədə Yehovanın Şahidlərinin bütün hüquqi şəxslərinin ləğvinə və İdarə Mərkəz tərəfindən istifadə edilən əmlaklar da daxil olmaqla, bütün əmlakının müsadirə edilməsinə qərar verildi. Bununla belə, bu əmlak Birləşmiş Ştatlardakı Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (GQTC, Pensilvaniya) mülkiyyətindədir. Bu səbəbdən, prokuror əmlakın hüquqi olaraq GQTC-nə köçürülməsinə əsas verən 17 illik müqaviləni qüvvədən salmağa çalışır. Bu müqavilə Ali Məhkəmənin qərarına qədər heç vaxt müzakirə obyekti olmayıb və əmlak GQTC-ya köçürüləndən bəri bütün vergilər ödənilib. Hal-hazırda hakimiyyət nümayəndələri son hədəflərini — əmlakı müsadirə etməyi qanuniləşdirmək üçün qeyri-qanuni yola əl atırlar.

29 noyabr 2017-ci il tarixində keçirilən ilk dinləmədə hakim prokurorun iddiasına yol açmaq üçün Yehovanın Şahidlərinin vəkillərinin təqdim etdiyi bütün vəsatətləri rədd etdi. Milyonlarla dollar dəyərində olan əmlakın mümkün ola bilən itkisindən savayı, bu Mərkəz 400-ə yaxın Rusiya vətəndaşının və əcnəbi vətəndaşların evi olub. Onlardan bəziləri burada 20 il, hətta ondan da çox yaşayıblar. Evlərindən köçmələri və könüllü olaraq göstərdikləri dini xidmətlərinin dayandırılması onlar üçün əsl travmadır.

7 dekabr 2017-ci il tarixində, saat 14:00-da Sankt-Peterburqun Sestroretskiy Rayon Məhkəməsində bu məsələ ilə bağlı məhkəmə dinləməsi başlayacaq.