6 APREL 2017
RUSİYA
Rusiya Ali Məhkəməsi Yehovanın Şahidlərinin fəaliyyəti ilə bağlı dinləmənin 7 aprel tarixində davam etdirilməsinə qərar verdi
Rusiya Federasiyasının Ali Məhkəməsi bugünkü dinləməyə Ədliyyə Nazirliyinin iddiası ilə başladı. Ədliyyə Nazirliyi bildirdi ki, alt məhkəmələr Yehovanın Şahidlərinin hüquqi şəxslərindən bəzilərini ekstremist fəaliyyətdə təqsirkar bildiyi üçün onların bütün hüquqi şəxslərini qadağan etmək lazımdır. Hakim Ədliyyə Nazirliyinin nümayəndəsindən 8 qurumun fəaliyyəti ilə bağlı qərarın İdarə Mərkəzinin və 395 qurumun fəaliyyətinin ləğv edilməsinə necə əsas ola biləcəyini və bütün qurumların ləğv olunmasının Yehovanın Şahidlərinin ibadətinə necə təsir edəcəyini soruşdu. Hakim həmçinin dəfələrlə Şahidlərin ictimai asayiş və təhlükəsizlik üçün hansı təhlükələri yaratdığı barədə suallar verdi. Vəkillərin də verdiyi suallar Ədliyyə Nazirliyinin niyyətinin yalnız hüquqi şəxslərin fəaliyyətini qadağan edilməsi yox, ümumiyyətlə, bütün dinin qadağan edilməsi olduğunu üzə çıxardı.
Dinləmə 7 aprel 2017-ci il, saat 10:00-da davam edəcək.