22 AVQUST 2018
RUSİYA
Həbsxanadan ev dustaqlığına
3 avqust 2018-ci il tarixində Orenburqun Leninski Rayon Məhkəməsinin hakimi İnna Yanqubayeva 78 gün nəzarətdə saxlanılan Vladimir Koçnev və Aleksandr Suvorov adlı qardaşlarımızın ev dustaqlığında saxlanılmasına qərar verdi. Eyni gündə Maqadan Vilayət Məhkəməsi 64 gün nəzarətdə saxlanılan Konstantin Petrov adlı qardaşın ev dustaqlığında saxlanılmasına qərar verdi. Bu üç qardaşımızın uzun müddət nəzarətdə qalmadıqlarına görə çox sevinirik. Amma məhkəmə işləri hələ də davam edir və əgər onlar təqsirli bilinsələr, on ildən yuxarı həbs cəzası gözlənilir.
16 avqust tarixli hesabata əsasən, Rusiyada 9 Yehovanın Şahidi ev dustaqlığında, 25 Yehovanın Şahidi isə nəzarətdə saxlanılır. Başqa 30 bacı-qardaşa isə məcbur edilib ki, yerli hökumət nümayəndələrinin icazəsi olmadan məmləkətlərini tərk etməyəcəklərinə dair bir sənəd imzalasınlar. Rusiyada çox ağır sınaqlarla qarşılaşan bacı-qardaşlardan ötrü daima dua edirik (2 Korinflilərə 1:11).