Kontentə keç

Sankt-Peterburqdakı Kolomyajski toplantı zalı

25 DEKABR 2017
RUSİYA

Rusiya hökuməti Yehovanın Şahidlərinin toplantı zalını müsadirə edir

Rusiya hökuməti Yehovanın Şahidlərinin toplantı zalını müsadirə edir

14 dekabr 2017-ci il tarixində Rusiya hökuməti Yehovanın Şahidlərinin Sankt-Peterburqdakı Kolomyajski toplantı zalına daxil oldu, binanı bağladı və bütün əmlakın idarəçiliyini ələ keçirdi. Reyd keçirilən zaman zaldakı Yehovanın Şahidlərindən heç biri yaralanmadı və bina zədələnməmiş görünür.

Rusiya rəsmiləri tərəfindən keçirilən reydin təhlükəsizlik kamerası vasitəsilə görünüşü

Bu toplantı zalı Rusiya Federasiyası Ali Məhkəməsinin Apellyasiya Palatasının 17 iyul 2017-ci il tarixində verdiyi qərardan bəri Rusiya hökumətinin Yehovanın Şahidlərindən müsadirə etdiyi ən böyük əmlakdır. Ali Məhkəmə Yehovanın Şahidlərinin Rusiyadakı bütün hüquqi şəxslərinin ləğv edilməsinə, onların fəaliyyətinin qadağan edilməsinə və əmlaklarının müsadirə edilməsinə qərar çıxardı.

Hökumət nümayəndələri toplantı zalının içində

1500 oturacaqdan ibarət bu toplantı zalı 2002-ci ildə bərpa edildikdən sonra böyük dini görüşlər üçün və yerli yığıncaqlar tərəfindən istifadə edilirdi. Yehovanın Şahidlərini vəkilləri öyrəndi ki, hökumət bu toplantı zalını yenidən Rusiya Federasiyasının mülkiyyəti kimi qeydiyyatdan keçirib. Bu əmlak yeni mülkiyyətçi olan sağlamlıq mərkəzinə köçürüləndən bəri giriş qapısına yeni bir işarə asılıb.

Bu istila cəmi bir həftə öncə Sankt-Peterburq yaxınlığında yerləşən Yehovanın Şahidlərinin milli baş idarəsinin müsadirə edilməsinə yol açan məhkəmə qərarının ardınca başladı. Həmin qərar Yehovanın Şahidlərinin Rusiyadakı milli baş idarəsi ilə Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti (Pensilvaniya) arasında bağlanmış 17 illik müqaviləni qüvvədən saldı. Əgər apellyasiya qüvvədə qalarsa, həmin qərar bu əmlakın və Rusiyada xarici mülkiyyət altında olan digər əmlakların hökumət tərəfindən müsadirə edilməsinə yol açacaq.

Yehovanın Şahidləri hesab edir ki, Rusiya dövlətinin onları din azadlığından məhrum etməsi, üstəlik, əmlaklarını müsadirə etməsi ümumilikdə dini dözümsüzlükdür. Şahidlər hökumətin fəaliyyətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə və BMT İnsan Hüquqları Komitəsinə müraciət etməklə yanaşı, bütün mövcud apellyasiya müraciətlərini həyata keçirir.