17 APREL 2018
RUSİYA
Yehovanın Şahidlərinin sabiq filial əmlakının müsadirəsinə etiraz olaraq verdikləri apellyasiyanın məhkəmə dinləməsi
3 may 2018-ci il tarixində Sankt-Peterburq Şəhər Məhkəməsi Yehovanın Şahidlərinin apellyasiya şikayətini dinləyəcək. Yehovanın Şahidləri onlara məxsus olan sabiq filial əmlakının müsadirəsinə dair çıxarılan qərarın qarşısını almaq üçün bu məhkəməyə müraciət edib. Əgər Yehovanın Şahidlərinin apellyasiyası təmin olunmasa, onda həmin qərar qüvvəyə minəcək və hökumət əmlakı dərhal müsadirə edəcək.
Daha öncəki Sestroretskiy Rayon Məhkəməsi bildirmişdi ki, Yehovanın Şahidlərinin Rusiyadakı filialı Birləşmiş Ştatlarda yerləşən qeyri-kommersiya cəmiyyəti olan Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinə (GQTC, Pensilvaniya) məxsus deyil. Halbuki GQTC əmlakın sahibidir və 17 il ərzində vaxtlı-vaxtında vergiləri ödəyib. Bununla belə, 7 dekabr 2017-ci il tarixində rayon məhkəməsi GQTC-nin əmlak müqaviləsini etibarsız elan edib. Əgər Yehovanın Şahidlərinin apellyasiyası təmin olunmazsa və Rusiya daxilində bütün hüquqi imkanları tükənərsə, onda onlar ədalət naminə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.
Dinləmə 3 may 2018-ci il tarixində saat 11:30-da Basseynaya küçəsi 6 ünvanında yerləşən Sankt-Peterburq Şəhər Məhkəməsində başlayacaq.