16 FEVRAL 2018
RUSİYA
Oryol məhkəməsi tezliklə Dennis Kristensenin istintaqına başlayacaq
Dennis Kristensenin məsələsi ilə bağlı ilkin dinləmə 19 fevral 2018-ci il tarixində başlayacaq. Danimarka vətəndaşı və Yehovanın Şahidi olan Dennis Kristensen 2017-ci ilin may ayından bəri Oryolda məhkəməyəqədərki həbsdə saxlanılır.
31 yanvar 2018-ci il tarixində Oryol rayonunun prokuror müavini Dennis Kristensenin əleyhinə 76 səhifəlik ittiham aktı təqdim etdi. Prokuror Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282.2.1 maddəsinə əsasən, onu ekstremist elan olunmuş dini təşkilatın fəaliyyəti ilə məşğul olmaqda ittiham etdi. Bu cinayət üçün maksimum həbs cəzası on ildir.
Dennis Kristensen cinayətdə müqəssir deyil. O, həyat yoldaşı və dindaşları ilə birgə dinc şəraitdə keçirilən dini görüşdə iştirak edərkən həbs edilib. İstintaq 19 fevral 2018-ci il tarixində, saat 14:30-da Oryolda Jeleznodorojnıy Rayon Məhkəməsində keçiriləcək.