11 DEKABR 2017
RUSİYA
Rusiya Məhkəməsi Müqəddəs Kitabın «ekstremist» elan edilməsi ilə bağlı apellyasiya şikayətini dinləyir
6 dekabr 2017-ci il tarixində Leninqrad Rayon Məhkəməsi Yehovanın Şahidlərinin apellyasiya şikayətini dinlədi. Bu apellyasiya aşağı instansiya məhkəməsi tərəfindən Müqəddəs Kitabın rus dilində «Yeni Dünya Tərcüməsi»nin qadağasına dair çıxarılan qərarla bağlı idi.
Dinləmə Yehovanın Şahidlərinin vəkillərinin Vıborq Şəhər Məhkəməsinin bir «ekspert» araşdırmasına əsaslanaraq verdiyi qərarın əleyhinə təqdim etdikləri dəlillərlə başlandı. Bu Şəhər Məhkəməsi «ekspert» araşdırmasının «ekstremist» hesab etdiyi «Yeni Dünya Tərcüməsi»nə hər hansı bir istinadın edildiyini müəyyən etmədi. Bununla belə, məhkəmə araşdırmanın gəldiyi qənaətə — «Yeni Dünya Tərcüməsi»ndə Allahın adı olan Yehova adı istifadə edildiyi üçün bu nəşrin «ekstremist» hesab edilməli olduğu qənaətinə diqqətini cəmlədi. Vəkillər məhkəməyə xatırlatdı ki, Allahın adının Rusiyanın zəngin mədəni-tarixinə təsiri danılmazdır və Müqəddəs Kitabın (Bibliya) bir çox tərcümələrində bu ada rast gəlinir. Onlar həmçinin ekspert araşdırmasının yanlış rəyi ilə bağlı məsələni də qaldırdılar. Bu rəydə deyilirdi ki, «Yeni Dünya Tərcüməsi» Bibliya hesab edilə bilməz, çünki orada Bibliya sözünə rast gəlinmir. Vəkillər «Yeni Dünya Tərcüməsi»nin 2007-ci il buraxılışından sitat gətirərək bu rəyi təkzib etdilər. Orada aydın deyilir: «Bu, Bibliyanın rus dilində yeni tərcüməsidir».
Leninqrad Rayon Məhkəməsi qarşılıqlı dindirilmə üçün ekspert qrupu çağırmağa qərar verdi və bu işi 2017-ci il dekabrın 20-si yerli vaxtla saat 14:30-a qədər təxirə saldı.