27 DEKABR 2018
RUSİYA
Rusiya məhkəməsi 70 yaşlı Arkadya Akopyanı təqsirli bilir
Cümə axşamı, 27 dekabr tarixində Rusiyanın Proxladnı Rayon Məhkəməsinin hakimi Oleq Qolovaşko Arkadya Akopyan qardaş haqqında çıxarılan məhkəmə qərarını bəyan etdi. Məhkəmənin qərarında bildirilirdi ki, 70 yaşlı təqaüdçü dərzi olan Arkadya Akopyan ictimaiyyət üçün 120 saat işləməlidir. Məhkəmənin bu qərarı verməsinin səbəbi qardaşın Yehovanın Şahidi olmayan kəslərdən ekstremist ədəbiyyat paylamalarını istəmək iddiası oldu.
Arkadya Akopyan qardaş həbsxanaya salınmasa da, ona qarşı irəli sürülən bu ittiham insan hüquqlarının kobudcasına pozulmasının bir göstəricisidir. Ona görə də o, bu qərarın yenidən gözdən keçirilməsi üçün yüksək məhkəməyə apellyasiya verəcək.
Növbəti həftələrdə biz Dennis Kristensenin məsələsinə dair məhkəmə qərarını gözləyirik. Yehova Allahımıza dua edirik ki, O, əqidələri ucbatından həbsdə yatan Rusiyadakı bacı-qardaşlarımıza bundan sonra da təsəlli versin və arxa-dayaq olsun (2 Salonikililərə 2:16, 17).