Kontentə keç

1 MART 2018
RUSİYA

Oryol məhkəməsi Dennis Kristensenin istintaqına 3 aprel 2018-ci il tarixində davam edəcək

Oryol məhkəməsi Dennis Kristensenin istintaqına 3 aprel 2018-ci il tarixində davam edəcək

19 fevral 2018-ci il tarixində Oryolun Jeleznodorojnıy Rayon Məhkəməsində Dennis Kristensenin istintaqı başladı. Dennis Kristensenin bir çox tərəfdarları həmin vaxt məhkəmə otağında idilər. Həmçinin bu dinləmə üçün Moskvadan gələn Danimarka Krallığı Səfirliyinin konsulu Janna Kristina Demirçi də orada iştirak edirdi. Bir saat davam edən məhkəmə sessiyası zamanı hakim Aleksey Rudnev Dennis Kristensenin və onun vəkillərinin işin materiallarına baxmaları üçün əlavə vaxt tələb edən müdafiə vəsatətini təmin etdi. Bu məhkəmədən öncə Sovetskiy Rayon Məhkəməsi onun bu hüququnu xeyli məhdudlaşdıraraq rus dilində olan 2500 səhifəlik materiala baxmaq üçün cəmi iki həftə vaxt vermişdi. Hakim Rudnev məhkəmə işinin 3 aprel 2018-ci il tarixində saat 10:30-da davam edəcəyini bildirdi. O vaxta kimi Dennis Kristensen məhkəməyəqədərki həbsdə saxlanacaq.