Kontentə keç

23 NOYABR 2017
RUSİYA

Rusiya Məhkəməsi Müqəddəs Kitabın «ekstremist» elan edilməsi ilə bağlı apellyasiya şikayətini dinləyəcək

Rusiya Məhkəməsi Müqəddəs Kitabın «ekstremist» elan edilməsi ilə bağlı apellyasiya şikayətini dinləyəcək

2017-ci il dekabrın 6-sı Leninqrad Rayon Məhkəməsi aşağı instansiya məhkəməsi tərəfindən Müqəddəs Kitabın rus dilində «Yeni Dünya Tərcüməsi»nin qadağan edilməsi qərarı ilə bağlı Yehovanın Şahidlərinin apellyasiya şikayətini dinləyəcək.

2017-ci ilin avqust ayında Vıborq Şəhər Məhkəməsi prokurorun «Yeni Dünya Tərcüməsi»nin Müqəddəs Kitab olmadığı iddiası ilə razılaşmışdır. Buna əsas olaraq, tetraqrammatonda verilən Allahın şəxsi adının tərcümədə «Yehova» kimi yazılması irəli sürülmüşdür. Bu dəlil prokurorun müqəddəs mətnləri ekstremist elan etməyi qadağan edən «Ekstremist fəaliyyətə qarşı» Qanuna zidd getməsinə imkan yaradır.

Vıborq Şəhər Məhkəməsinin Müqəddəs Kitabın rus dilindəki «Yeni Dünya Tərcüməsi»ni «ekstremist» nəşr elan etməsinə Yehovanın Şahidləri kəskin etirazlarını bildirdilər. Səhih və asan oxunan «Yeni Dünya Tərcüməsi» tam və ya qismən 161 dildə nəşr edilib və 200 milyondan çox nüsxəsi paylanılıb.