Mühüm hadisələr. Rusiya
5 MAY 2018—Sankt-Peterburq Şəhər Məhkəməsi dövlətə Yehovanın Şahidlərinin Rusiyadakı İnzibati Mərkəzini müsadirə etməyə icazə verən qərarı qüvvədə saxlayır
17 İYUL 2017—Rusiya Federasiyasının Ali Məhkəməsinin Apelyasiya Kollegiyası 20 aprel tarixli qərarı dəyişməz saxlayır. Yehovanın Şahidlərinin fəaliyyəti Rusiyada qadağan olunur
20 APREL 2017—Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı ilə Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoyulur
30 NOYABR 2015—Taqanroq şəhərində məhkəmədə işə təkrar baxışdan sonra on altı Yehovanın Şahidinin hamısı əqidəsinə görə məhkum olunur. Məhkəmə şərti həbs cəzası təyin edir
2 DEKABR 2014—Rusiya Federasiyasının Ali Məhkəməsi jw.org saytını qadağan edir
30 İYUL 2014—Taqanroq şəhərində on altı Yehovanın Şahidindən yeddisi əqidəsinə görə məhkum olunur
10 İYUN 2010—Avropa İnsan Hüquqları Məhkəməsi Yehovanın Şahidlərinin Moskva icmasının qadağan olunması ilə bağlı qərarın insan hüquqlarını pozduğunu qət edir
11 SENTYABR 2009—Rostov Vilayət Məhkəməsi Yehovanın Şahidlərinin 34 nəşrinin ekstremist nəşrlər olduğunu qət edir
2009—Rusiya hüquq-mühafizə orqanları «Ekstremist fəaliyyətlə mübarizə haqqında» Federal Qanunu düzgün olmayan şəkildə tətbiq etməyə başlayır
26 MART 2004—Moskva şəhəri Yehovanın Şahidləri dini icması qadağan olunur
MART 1996—Yehovanın Şahidlərinə siyasi repressiyanın qurbanları kimi tam bəraət verilir
11 DEKABR 1992—Yehovanın Şahidləri Rusiya Federasiyasında dövlət qeydiyyatından keçir
27 MART 1991—Yehovanın Şahidləri Sovet İttifaqında dövlət qeydiyyatından keçir
OKTYABR 1965—Hökumət tərəfindən məhdudiyyətlər və təzyiqlər azalır
APREL 1951—Altı Sovet hökuməti respublikasından təxminən 9500 Yehovanın Şahidi Sibirə sürgün edilir
1928—Yehovanın Şahidlərinə dövlət qeydiyyatı verilmir. İllərlə davam edən təqiblər başlayır
1891—Sibirə ilk Yehovanın Şahidi sürgün edilir
1887—«Gözətçi qülləsi» jurnalının Rusiyaya poçtla göndərilməsi barədə ilk qeyd