Kontentə keç

27 İYUL 2017
RUSİYA

Rusiya Müqəddəs Kitaba «ekstremist» damğası vurmağa çalışır

Rusiya Müqəddəs Kitaba «ekstremist» damğası vurmağa çalışır

SON VƏZİYYƏT: Vıborq Şəhər Məhkəməsi dinləməni 9 avqust 2017-ci il tarixinə təxirə saldı.

28 iyul 2017-ci il tarixində Vıborq şəhər məhkəməsi Yehovanın Şahidləri tərəfindən nəşr olunan rusca Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin «ekstremist» bilinməsi ilə bağlı yenidən dinləmə keçirəcək. Buna səbəb 2016-cı il aprel ayında keçirilən məhkəmədə hakimin Leninqrad-Finlandskiy nəqliyyat prokurorunun «ekstremist» olduğu iddia edilən «Yeni Dünya Tərcüməsi»nin ekspertizadan keçməsi vəsatətini qəbul etməsidir.

Dəfələrlə təxirəsalınmalardan sonra ekspertiza tamamlandı və 22 iyun 2017-ci ildə məhkəməyə təqdim edildi. Nəticələr Yehovanın Şahidlərinin gözlədiyi kimi oldu — Müqəddəs Kitabın «ekstremist» nəşr olması ittihamı təsdiqləndi. Ekspertiza «Yeni Dünya Tərcüməsi»nin əslində Müqəddəs Kitab olmadığını iddia etdi. Lakin bu, birbaşa «Dini ekstremizmə qarşı mübarizə haqqında» qanundan yayınma cəhdidir. Bu qanuna əsasən, Müqəddəs Kitab və digər dini mətnlər «ekstremist material kimi tanına bilməz». Üstəlik, ekspertiza rəyi teoloji əsaslara dayanır. Məsələn, ekspertlər «Yeni Dünya Tərcüməsi»ndəki tetraqrammatonun a «Yehova» kimi tərcümə olunmasına etiraz edir və mətnin Yehovanın Şahidlərinin təliminə uyğunlaşdırılması üçün dəyişdirildiyini iddia edir.

a Allahın adı — dörd ibrani hərfindən (יהוה) ibarət tetraqrammaton YHVH samitləri ilə verilib və Tövratda təxminən 7000 dəfə rast gəlinir.