Kontentə keç

1 MAY 2018
RUSİYA

Rusiyadakı sabiq filial əmlakının müsadirə edilməsinin qarşısını almaq üçün apellyasiya dinləməsi

Rusiyadakı sabiq filial əmlakının müsadirə edilməsinin qarşısını almaq üçün apellyasiya dinləməsi

Cümə axşamı, 3 may 2018-ci il saat 11:30-da Sankt-Peterburq Şəhər Məhkəməsi 2017-ci ilin dekabrında çıxarılan qərara etiraz olaraq verdiyimiz apellyasiyanı dinləyəcək. Həmin qərar Rusiyadakı keçmiş filialımızın əmlakının hökumət tərəfindən müsadirə edilməsinə icazə verirdi. Əgər apellyasiya rədd edilərsə, onda 14 binadan ibarət kompleks dərhal dövlət tərəfindən müsadirə edilə bilər.