Kontentə keç

20 APREL 2017-Cİ İL
RUSİYA

Rusiya Ali Məhkəməsi Yehovanın Şahidlərinin əleyhinə qərar verdi

Rusiya Ali Məhkəməsi Yehovanın Şahidlərinin əleyhinə qərar verdi

NYU-YORK. İki həftə ərzində davam edən altı-günlük dinləmədən sonra Rusiya Federasiyası Ali Məhkəməsi bu gün Ədliyyə Nazirliyinin Rusiyadakı Yehovanın Şahidlərinin İdarə Mərkəzinin və Rusiyada fəaliyyət göstərən 395 yerli dini icmasının (YDİ) ləğv edilməsi ilə bağlı iddiasını təmin etdi. Qərar dərhal qüvvəyə minir.

Yehovanın Şahidlərinin Rusiyadakı nümayəndəsi Yaroslav Sivulski qeyd edir: «Bu vəziyyət bizi mütəəssir etdi. Verilən qərarın dini fəaliyyətimizə necə təsir göstərəcəyi bizi çox narahat edir. Biz bu qərarla bağlı apellyasiya şikayəti verəcəyik. Ümid edirik ki, tezliklə bir dinc dini qrup kimi qanuni hüquqlarımız və müdafiəmiz tamamilə bərpa olunacaq»

Rusiyadakı Yehovanın Şahidlərinin üç hakimdən ibarət məhkəmə heyəti tərəfindən baxılması üçün apellyasiya şikayətinin verilməsinə 30 gün müddəti var.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Rusiya: Yaroslav Sivulski, tel.: +7 911 087 8009