15 İYUN 2018
RUSİYA
Rusiya sabiq filial əmlakını müsadirə edir
2017-ci ilin dekabrında çıxarılan qərar Rusiya hökumətinə Solneçnoye qəsəbəsindəki sabiq filial binamızı dərhal müsadirə etməyə icazə verirdi. 3 may 2018-ci il tarixində Sankt-Peterburq Şəhər Məhkəməsi həmin qərarı təsdiqlədi. Məhkəmə dinləməsindən öncə bir jurnalist, bir dinşünas və Yehovanın Şahidlərinin iki vəkili bu qərarın nə qədər ədalətsiz olduğu haqda danışır. Həmçinin filialın tikintisində iştirak etmiş bir ər-arvad bu əmlakın onlar üçün nə qədər dəyərli olduğunu dilə gətirir.