Kontentə keç

4 İYUL 2014-CÜ İL
RUSİYA

Taqanroqda Yehovanın Şahidlərinin məhkəmə işi

Taqanroqda Yehovanın Şahidlərinin məhkəmə işi

İyul, 2014-cü il. Taqanroqda 16 Yehovanın Şahidi ilə əlaqədar gedən məhkəmə işi artıq 14 aydır ki davam edir. Bu müddət ərzində məhkəmə 60 cildlik «sübutları» — bütün dünyadakı Yehovanın Şahidlərinin ibadətlərinin ayrılmaz hissəsi olan dini görüşlərin, duaların və Müqəddəs Kitabın oxunmasının yazılarını nəzərdən keçirib.

Yalnız müttəhimlərin yox, Taqanroq şəhərində yaşayan 800 Yehovanın Şahidinin din azadlığı təhlükə altındadır. Müttəhimlərin 16-da bildirmişdir ki, məhkəmənin qərarından asılı olmayaraq, onlar öz imanlarından imtina etməyəcəklər və Yehovanın Şahidi olaraq qalacaqlar.

Bu videoçarxda müttəhimlər və onların vəkilləri cinayətkarlar kimi təqib olunmalarına baxmayaraq Allaha sərbəst şəkildə ibadət etmək hüquqlarını necə müdafiə etdiklərindən danışırlar.