Kontentə keç

10 APREL 2015-Cİ İL
RUSİYA

Rusiyada bir Yehovanın Şahidi tapdığı 6000 avro pulu sahibinə qaytarır

Rusiyada bir Yehovanın Şahidi tapdığı 6000 avro pulu sahibinə qaytarır

SANKT-PETERBURQ, Rusiya. 2014-cü ilin noyabrında Svetlana Nemçinova adlı Yehovanın Şahidi küçədə içində 6000 avro (6800 ABŞ dollarından çox) pul olan zərf tapıb. O, uzun çəkən axtarışdan sonra sahibinə pulu geri qaytara bilib. Svetlananın bu xeyirxahlığı barədə televizorda, radioda və bir neçə internet xəbərlərində məlumat verilmişdi.

Svetlana Nemçinova Moskva şəhərindən təxminən 450 kilometr şimalda yerləşən Voloqda şəhərində süpürgəçi işləyir. O işləyərkən bir zərf görür. Zərfin içinə baxanda görür ki, içində yüksək məbləğdə pul var. Üç uşağı ilə birlikdə 12 kvadrat metrlik sadə bir evdə yaşamasına baxmayaraq Svetlana deyir: «Pulu özümə götürmək ağlımdan belə keçmədi. Həmin an pulu itirən insanın özünü necə pis hiss etdiyini fikirləşdim».

Pulun sahibini tapmaq məqsədilə Svetlana ilk öncə qonşu binalarda yaşayanlara bildirdi. Heç kəsdən bir xəbər çıxmadığına görə, o, pulu yaxınlıqdakı banka (zərfin içində həmin banka aid olan qəbz) apardı. Bank müəyyən etdi ki, pul Pavel Smirnova aiddir. Bir neçə cəhddən sonra axır ki, bank işçiləri onunla əlaqə yarada bildilər və pulu Svetlana Nemçinovanın tapdığını dedilər.

Rusiyanın «Premier» qəzetində bu haqda dərc olunmuş məqalədə deyilir: «Svetlana etdiyi hərəkətdə qeyri-adi heç nə görmür. O, dindar insandır və müntəzəm olaraq Müqəddəs Kitab oxuyur». Svetlana «Premier» qəzetinə verdiyi müsahibədə demişdi ki, tətbiq etdiyi Qızıl qanuna, Mətta 7:12 ayəsinə əsasən belə davranmışdı: «Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin».

Rəssam Pavel Smirnovla onun pulunu tapan Svetlana Nemçinova

Xüsusi tərkibli boya icad edən rəssam Pavel Smirnov bu pulu boya ilə bağlı növbəti tədqiqatlarını aparmaqdan ötəri ləvazimat almaq üçün yığmışdı. Pavel Smirnov deyir: «Svetlanaya nə qədər minnətdar olduğumu sözlərlə ifadə edə bilmirəm. Svetlananın elədiklərindən sonra insanlara olan etibarım artdı. Yalnız bir şey deyə bilərəm: “Həqiqətən də, Allah var”».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000

Rusiya: Yaroslav Sivulskiy tel.: +78127022691