Kontentə keç

22 İYUN 2018
RUSİYA

Rusiyanın Ufa şəhərində keçirilən polis reydləri barədə beş bacımızın müsahibəsi

Rusiyanın Ufa şəhərində keçirilən polis reydləri barədə beş bacımızın müsahibəsi

2018-ci il aprelin 10-u səhər saatlarında Başqırdıstanın (Rusiya) paytaxtı Ufa şəhərində müstəntiqlər və polislər Yehovanın Şahidlərindən bəzilərinin evində reyd keçirmiş və axtarış aparmışlar. Onlardan bəziləri maskalı və əli silahlı idi. Anatoliy (Tolya) Vilitkeviç qardaş hal-hazırda məhkəməyəqədərki həbsdə saxlanılır. Tolyanın həyat yoldaşı Alyona da daxil olmaqla, Ufa şəhərindən beş bacımız reydlər keçirilən zaman nələr yaşadığını bölüşür.