Kontentə keç

19 OKTYABR 2018
RUSİYA

Rusiyadakı Yehovanın Şahidləri təhlükəli «silahlar» saxlamaqda ittiham olunur

Rusiyadakı Yehovanın Şahidləri təhlükəli «silahlar» saxlamaqda ittiham olunur

Bir neçə beynəlxalq xəbər buraxılışı bildirib ki, Rusiyanın Kirov vilayətində aparılan son axtarışlar zamanı hökumət nümayəndələri guya Yehovanın Şahidlərinə məxsus «silahlar» aşkar ediblər. Bununla belə, hökumət nümayəndələrinin silah adlandırdığı bu əşyalar Yehovanın Şahidi olmayan bir nəfərin evində tapılıb. Əslində bu «silahlar» II Dünya müharibəsindən qalan pas atmış və yararsız üç tarixi əşyadır — iki qumbara və bir mina. Bu əşyaların sahibinin həyat yoldaşı Yehovanın Şahididir. Açıq-aydındır ki, o, ərinin bu əşyalara sahib olduğunu indiyə qədər bilməyib.

Bu tarixi əşyaların sahibi II Dünya müharibəsi zamanı öldürülən əsgərlərin cəsədlərini gözdən keçirən rus komandaya başçılıq edib. Bu komandalar «Poisk» və ya «Axtarış» adlanırdı və tapdıqları bu kimi əşyaları basdırırdılar. Bu iş zamanı onlar tez-tez istifadəsiz silahlar da daxil olmaqla, müharibədən qalan artifaktlar aşkar edirdilər.

Rusiya hökumət nümayəndələri bizim sülhsevər xalq kimi qazandığımız ada xələl yetirmək üçün yalanlar uydurmağa davam edir. Bütün bunlar bizə İsa Məsihin peyğəmbərliyini xatırladır. O demişdi ki, əleyhdarlar onun şagirdləri haqqında «hər cür yalan və pis söz» danışacaqlar (Mətta 5:11).