3 MAY 2018
RUSİYA
Yehovanın Şahidlərinin apellyasiya şikayəti rədd edilir. Rusiya hökumətinə sabiq filialımızın əmlakını müsadirə etməyə icazə verilir
Cümə axşamı, 3 may 2018-ci il tarixində Sankt-Peterburq Şəhər Məhkəməsi 2017-ci ilin dekabrında çıxarılan qərarı qüvvədə saxladı. Həmin qərarda Rusiyanın Solneçnoye qəsəbəsində yerləşən sabiq filialımızın əmlakının hökumət tərəfindən dərhal müsadirə edilməsinə icazə verilmişdi.
Biz Rusiya hökumətinin əmlakı müsadirə etməsinə mane ola bilməsək də, bu gün çıxarılan qərar hal-hazırda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən baxılan müraciətə daxil edilib. AİHM Rusiya hökumətinə məlumat verib ki, bizim müraciətimizə prioritet məsələ kimi yanaşılır.
Ümid edirik ki, haqq Allahı olan Yehova lazım bildiyi vaxtda bu məsələni yoluna qoyacaq (Əşiya 30:18).