3 İYUL 2024
SERBİYA
Serbiyanın ucqar ərazilərində keçirilən xüsusi təbliğ kampaniyasının gözəl nəticələri
2024-cü il mayın 17-dən 26-na kimi Serbiya və Monteneqrodan olan 600-dən çox bacı-qardaş Serbiyanın bir neçə ucqar ərazilərində təbliğ etmək üçün orada keçirilən xüsusi təbliğ kampaniyasında iştirak etmişdilər. Bu, Yehovanın Şahidlərinin son 20 ildə Serbiyada keçirdikləri ilk canlı təbliğ kampaniyasıdır. Hesablamalara görə 1,5 milyondan çox insan, yəni Serbiyanın əhalisinin dörddə bir hissəsi ucqar ərazilərdə yaşayır, buna görə də bacı-qardaşlarımız müntəzəm olaraq onları ziyarət edə bilmirlər. Sevinirik ki, kampaniya ərzində 1800-dən çox insan Müqəddəs Kitab dərsinə razılaşdı.
Beli Potok şəhərində Yehovanın Şahidləri ilə söhbət edən bir qadın bəzi qonşularına zəng edib dedi: «İndi yanınıza adamlar gələcək, onlar Allah və Müqəddəs Kitab haqda danışırlar. Onlara diqqətlə qulaq asın!» Həmin ərazinin axırıncı evində yaşayan və Yehovanın Şahidlərinin gəlişini gözləyən bir qadın Şahidləri salamlayıb evinə dəvət etdi. Qadın dedi ki, keçmişdə Məsihin ölümünü anma mərasimində iştirak etmişdi və həvəslə Müqəddəs Kitab dərsi keçməyə razılaşdı.
İki dindaşımız Smederevska Palanka şəhərində ədəbiyyat arabası ilə xidmət edərkən Radomir adlı bir kişi onlara yaxınlaşdı. Kişi dedi ki, şəhərində dindar insanları görmək ona çox xoşdur. O, ədəbiyyat arabasının üzərindəki pulsuz Müqəddəs Kitab dərsi yazısını görüb bu dərslər haqda suallar verdi. Qardaşlar dərslərin necə keçirildiyini göstərəndən sonra Radomir məmnuniyyətlə ona Müqəddəs Kitab dərsinin keçirilməsinə razılaşdı.
Serbiyada keçirilən bu xüsusi təbliğ kampaniyası həm bacı-qardaşlarımız, həm də həqiqət üçün susayanlara əsl nemət oldu (Yəhya 7:37).