18 YANVAR 2023
ŞİMALİ MAKEDONİYA
Qaraçı dilində (Makedoniya) «Mətta» kitabı buraxılıb
2023-cü ilin 8 yanvar tarixində Şimali Makedoniya filialının komitə üzvü Daniel Yovanoviç «Mətta» kitabının qaraçı dilində (Makedoniya) həm kiril, həm də latın əlifbası ilə işıq üzü gördüyünü elan etdi.
Bu kitabın çıxdığı Şimali Makedoniyada, Skopyedə keçirilən xüsusi bir tədbirdə elan edildi. Mərkəzi Avropa filialının ərazisindəki bütün qaraçıdilli (Makedoniya) yığıncaqlar və qruplar proqramı JW Stream–Studio vasitəsilə izləməyə dəvət olunmuşdular. Kitabın çıxdığı elan olunan kimi onu elektron və audio formatda yükləmək mümkün idi. Tədbirə canlı qatılanlar kitabın kiril əlifbası ilə çap formatını əldə etdilər.
Qaraçı dilləri bir-birindən çox fərqlənir və müxtəlif dialektləri mövcuddur a. Yehovanın Şahidlərinin nəşrləri qaraçı dilinə (Makedoniya) 2007-ci ildən bəri tərcümə olunur. Hal-hazırda tərcümə qrupu qaraçıdilli (Makedoniya) insanların ən çox yaşadığı ərazidə, Skopyedəki (Şimali Makedoniya) filialda fəaliyyət göstərir.
Bir qardaş demişdi: «Bu kitabı öz ana dilimdə oxuyanda elə bilirəm ki, Yehova birbaşa mənimlə danışır».
Başqa bir qardaş demişdi: «İndi “Mətta” kitabını oxuyanda İsanın onu dinləyənlərə nə dediyini, nə öyrətdiyini daha yaxşı başa düşürəm».
Dua edirik ki, bacı-qardaşlarımız bu yeni nəşrdən səmərəli şəkildə istifadə edərək bundan sonra da «Padşahlıq haqqında müjdəni təbliğ» edə bilsinlər (Mətta 9:35).
a «Qaraçılar. Min illik sevinc və kədər» adlı məqaləyə (türk.) baxa bilərsiniz.