Kontentə keç

18 NOYABR 2019
ŞİMALİ MAKEDONİYA

Təbliğ kampaniyasının iştirakçıları «Makedoniyaya gəl» çağırışına hay verib

Təbliğ kampaniyasının iştirakçıları «Makedoniyaya gəl» çağırışına hay verib

Şimali Makedoniya filialının təşkilatçılığı ilə 2019-cu il avqustun 1-dən oktyabrın 31-dək onun nəzdində olan ərazidə Makedoniya və alban dillərində xüsusi təbliğ kampaniyası keçirilib.

Şimali Makedoniyada Makedoniya dilində 1,3 milyon insan, alban dilində isə beş yüz mindən çox insan danışır. Bununla belə, ölkədə xidmət edən 1300 təbliğçidən yalnız təxminən 1000 nəfəri Makedoniya, 20 nəfəri isə alban dilində təbliğ edir. Yerli bacı-qardaşlara kömək etmək məqsədilə kampaniyaya yeddi ölkədən — Albaniya, Avstriya, Belçika, Almaniya, İtaliya, İsveç və İsveçrədən gələn 476 könüllü qatılıb.

Çobana on il bundan əvvəl verilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı

Kampaniya zamanı bir qardaş yolda keçi otaran çobana rast gəldi. Çoban həmsöhbətinin Yehovanın Şahidi olduğunu biləndə çantasından «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını çıxartdı. O dedi ki, kitabı ona on il bundan əvvəl İtaliyadan xüsusi kampaniyaya gələn Yehovanın Şahidləri verib. O vaxtdan bəri kişi kitabı hər gün oxuyur, hətta bəzi fəsilləri əzbərləyib. Qardaşlar lazımi tədbirlər görüblər ki, ona yenidən baş çəksinlər.

Makedoniya və alban dillərində keçirilmiş kampaniya iştirakçılarının göstərdikləri kömək «Makedoniyaya gəl» çağırışına canla-başla hay verən həvari Bulusun əhval-ruhiyyəsini xatırladır (Həvarilərin işləri 16:9).