Kontentə keç

14 AVQUST 2019
SLOVAKİYA

Qaraçı dilində (Şərqi Slovakiya dialektində) ilk regional toplantı

Qaraçı dilində (Şərqi Slovakiya dialektində) ilk regional toplantı

Vəftiz olunan 19 nəfərdən biri

20 və 21 iyul 2019-cu il tarixlərində Yehovanın Şahidləri Mixalovtse şəhərində (Slovakiya) yerləşən «Vinter» stadionunda qaraçı dilinin Şərqi Slovakiya dialektində ilk regional toplantı keçirib. Qısaldılmış proqram üzrə keçirilmiş toplantıda iştirakçıların ən yüksək sayı 1276, vəftiz olunanların sayı isə 19 nəfər olub.

Toplantıda Belçika, Çexiya Respublikası, Böyük Britaniya və Ukraynadan da bacı-qardaşlar iştirak edib. İştirakçılar üçün xüsusilə yaddaqalan hadisə «Yuşiyyə. Yehovanı sev, pisliyə nifrət et!» filminə doğma dillərində baxmaları olub.

Toplantı 2014-cü ilin noyabr ayında Slovakiyada ilk qaraçıdilli yığıncağın yaranmasından cəmi beş il sonra baş tutub. Hal-hazırda Çexiya-Slovakiya filialının ərazisində 9 qaraçıdilli yığıncaq, 10 qrup və 14 natamam qrup var.

«Vinter» stadionunun meneceri Petr Tirpak deyib: «Yehovanın Şahidləri ilə əməkdaşlıq etmək çox xoşdur. Siz həmişə sözünüzün üstündə durursunuz. Yenə gəlin, biz buna şad olarıq».

Toplantı proqramının nəzarətçisi kimi xidmət edən Petr Varqa deyib: «Mən belə toplantı görməmişəm. Qaraçı dilində danışan bacı-qardaşlarımız üçün bu çox önəmli tarixi teokratik hadisədir. Son nəğmədən sonra əvvəllər bir-birilərini tanımayan bacı-qardaşlar qucaqlaşmağa başladılar. Çoxlarının gözü dolmuşdu».

Biz Slovakiyada yaşayan 1010 qaraçıdilli bacı-qardaşımızla birgə sevinirik. Bu toplantı Yehovanın Şahidləri arasında əsl məhəbbətin olduğunu göstərir (Yəhya 13:34, 35).