Kontentə keç

8 İYUL 2016-CI İL
ŞRİ-LANKA

Yehovanın Şahidləri Şri-Lankada leysan yağışlarından əziyyət çəkənlərə yardım edirlər

Yehovanın Şahidləri Şri-Lankada leysan yağışlarından əziyyət çəkənlərə yardım edirlər

KOLOMBO, Şri-Lanka. Paytaxt Kolombodan təxminən 100 kilometr aralıda, Şri-Lankanın mərkəzi dağlıq ərazilərində yerləşən Aranayakada sel və torpaq sürüşməsi baş verib. Nəticədə 100-dən çox adam ölmüş, 350000 nəfərə isə zərər dəymişdi. Mayın 15-də başlayan leysan bir sutka davam etdi. Bu müddət ərzində Kilinoççi şəhərinə 373 millimetr yağış düşdü. Rəsmilər bu hadisəni 2004-cü ildə baş vermiş tsunamidən sonra Şri-Lankada baş verən ən güclü təbii fəlakət adlandırır.

Yehovanın Şahidlərinin Şri-Lankadakı filialının verdiyi xəbərə görə təbii fəlakətdə Yehovanın Şahidlərindən heç biri həyatını itirməsə də, 200 Şahid evsiz qalıb. Kolombodan təxminən 15 kilometr aralıda yerləşən Kaduelada bir ibadət evinə 2 metr su dolub.

Yehovanın Şahidlərinin paylanacaq ləvazimatları maşına yükləyir.

Yehovanın Şahidləri zərərçəkənlərin həm fiziki ehtiyaclarını ödəmək, həm də onlara ruhən dəstək olmaq üçün cəld Təbii fəlakətdən zərər çəkənlərə yardım komitəsi təşkil etdi. İçməli su, paltar, tibbi ləvazimatların və s. saxlanılması üçün Kotahenadakı bir ibadət evi anbar kimi istifadə olundu. Yüzlərlə yerli Yehovanın Şahidi dindaşlarına və digər insanlara lazımi ləvazimatların paylanılmasında könüllü olaraq iştirak etdi.

Yehovanın Şahidlərinin Şri-Lankadakı nümayəndəsi Nidhu Devid deyir: «Biz bu dəhşətli fəlakətdən əziyyət çəkən ailələr üçün hər zaman dua edirik. Həmçinin fəlakətdən zərər görmüş evlərin təmizlənməsinə, zərərçəkənlərin qida və paltarla təmin olunmasına yardım edirik. Dindaşlarımızın göstərdiyi bu səxavətlilik qaranlıq zəmanədə parlayan bir işıq oldu».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Devid Semonian, tel.: 17185605000

Şri-Lanka: Nidhu Devid, tel.: 94112930444