Kontentə keç

12 MAY 2023
SUDAN

Sudanda silahlı toqquşmalar davam edir

Sudanda silahlı toqquşmalar davam edir

15 aprel 2023-cü il tarixində Sudanın paytaxtı Xartumda iki silahlı qrup arasında toqquşma başladı. Xəbərlərdə verilən məlumatlara əsasən, toqquşmada 600-dən çox insan ölüb, 5000-dən çox insan yaralanıb.

Bacı-qardaşlara təsiri

  • Xartumdakı toqquşmadan qaçan bacı-qardaşlar Sudanın Vad-Medani şəhərində təhlükəsiz şəkildə bir yerə toplaşıb imanlarını möhkəmləndirirlər

    Bacı-qardaşlar arasında ölən və yaralanan yoxdur.

  • Ən azı 318 təbliğçi evlərini tərk etməli olub. Bəziləri qonşu ölkələrə qaçıb.

  • 8 nəfər iş yerindən, 5 uşaq isə məktəbdən bir müddət çıxa bilməyib. Hal-hazırda onların hamısı ailəsinə qovuşub.

Yardım işləri

  • Yerli ağsaqqallar zərərçəkənlərə ruhani cəhətdən dəstək olur.

  • Yardım işlərini təşkil etmək və bacı-qardaşlara kömək etmək üçün Sudanda və qonşu ölkələrdə Zərərçəkənlərə yardım komitələri təyin olunub.

Zorakılıq ucbatından həyatları alt-üst olan bacı-qardaşlarımız üçün daima dua edirik və səbirsizliklə «hər yanda sülh» olacağı günü gözləyirik (Zəbur 72:7).