Kontentə keç

20 MAY 2024
TAİLAND

Banqkokda keçirilən Beynəlxalq Kitab Sərgisində Müqəddəs Kitabın psixoloji sağlamlığa olan faydası işıqlandırılır

Banqkokda keçirilən Beynəlxalq Kitab Sərgisində Müqəddəs Kitabın psixoloji sağlamlığa olan faydası işıqlandırılır

2024-cü ilin martın 28-dən aprelin 8-dək Tailandın paytaxtı Banqkokda 22-ci Banqkok Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgi Kraliça Sirikit Milli Konqres Mərkəzində keçirilmişdi və təxminən iki milyon ziyarətçi cəlb etmişdi. Qardaşlarımız Müqəddəs Kitabdan psixoloji sağlamlığa və streslə mübarizəyə dair faydalı məsləhətlər işıqlandıran köşk hazırlamışdılar. Köşkdə xidmət edən könüllü bacı-qardaşlarımız çoxlu söhbətlər apardı və 34 nəfər Müqəddəs Kitab dərsi keçmək istədiyini bildirdi.

Söhbət zamanı bir kişi qeyd etdi ki, qızı ağır depressiyadan əziyyət çəkir. Qardaşlar «Gözətçi qülləsi» №1, 2023, «Psixoloji sağlamlıq. Faydalı məsləhətlər» jurnalından bir neçə fikri bölüşdülər. Həmçinin qardaşlar jw.org saytından xoşbəxt ailəyə sahib olmaq haqda axtarış aparmağı göstərdilər. Kişi Müqəddəs Kitabdan öyrəndiyi faydalı məsləhətlərə görə minnətdarlığını bildirdi və dedi ki, bu fikirləri tez bir zamanda qızı ilə bölüşəcək.

Yüksək rütbəli bir dövlət məmuru bizim köşkü ziyarət etdi və qardaşlarımızdan biri ilə uzun-uzadı söhbət etdi. jw.org saytından bəzi videolara baxandan sonra məmur Yehovanın Şahidləri və onların Müqəddəs Kitab üzrə gördüyü maarifləndirmə işi haqda suallar verdi. Sonra o, «Pulsuz Müqəddəs Kitab dərsləri» yazısını gördü. Məmur soruşdu: «Müqəddəs Kitab dərsi necə keçirilir?» Qardaş ona «Əbədi xoşbəxt həyat!» broşürünü və dərsin necə keçirildiyini göstərdi. Onlar təkrar söhbət etmək üçün vaxt təyin etdilər.

Daha sonra bacımız bir qadına saytımızı göstərdi və qısaca təbliğ fəaliyyətimiz haqda məlumat verdi. Bunları eşidən qadın soruşdu: «Fəaliyyətiniz başqa nədən ibarətdir?» Bacımız «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstərdi. Qadın videoya diqqətlə baxdı və dedi: «Görünür yığıncaqdakı insanlar çox səmimi və mehribandırlar! Məmnuniyyətlə ora gələrdim». Növbəti həftə qadın təxminən 2 saatlıq yol qət edib yığıncağa gəldi.

Sevinirik ki, Banqkokdakı dindaşlarımız yaranan imkandan istifadə edib insanlara «hər bir ağıldan üstün olan sülhü» dadmağa kömək etdilər (Filippililərə 4:7).