20 AVQUST 2019
TAİLAND
Laos dilində İncilin «Yeni Dünya Tərcüməsi» nəşr edilib
16 avqust 2019-cu il tarixində Yehovanın Şahidləri Tailandın Nonq Khay şəhərində keçirilən regional toplantıda Laos dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan ediblər. Elanı Tailand filialının komitə üzvü Plakorn Pestanii toplantının ilk günündə səsləndirib.
Üç nəfərdən ibarət tərcümə qrupu bir il yarım müddət ərzində tərcümənin üzərində işləyib. Tərcüməçilərdən biri deyir: «Müqəddəs Kitabın çatdırdığı xəbərin tərcüməsi zamanı Laos dilində danışanların gündəlik həyatda istifadə etdikləri sözlərdən istifadə olunub. Bununla belə, tərcümədə orijinal mətnin mənası dəqiqliklə verilib və Müqəddəs Kitabı araşdıranlar “Allahın dərin hikmətini” qavraya biləcəklər» (Əyyub 11:7).
Kitabda ayələri tapmağa kömək edən indeks və Müqəddəs Kitabda rast gəlinən ifadələrin izahatı verildiyi lüğət var. Layihədə iştirak edən digər tərcüməçi deyir: «Bu tərcümədən təlim işində istifadə etmək Müqəddəs Kitabı öyrənənlərə vacib məqamları əvvəlkindən daha asan başa düşməyə kömək edəcək, ürəklərinə təsir edəcək və Yehovanı daha çox sevməyə təşviq edəcək».
Biz əminik ki, Laos dilində İncilin «Yeni Dünya Tərcüməsi» bu dildə danışan bacı-qardaşlarımızı «tam səriştəli» və «hər cür yaxşı işə» tamamilə hazırlıqlı edəcək (2 Timutiyə 3:16, 17)..