28 İYUN 2023
TAİLAND
Tailand filialının tikintisinin fasiləsi gözlənilməz nemətlərə yol açdı
2019-cu ildə Tailand filialında tikinti və təmir işləri başlamışdı. Həmin layihəyə yerli və beynəlxalq könüllülər cəlb olunmuşdu. Amma COVID-19 pandemiyası başlayanda əlli beynəlxalq könüllüdən səkkizi istisna olmaqla hamısı öz ölkələrinə qayıtdı. Məhdudiyyətlər yumşaldılandan sonra iş yenidən başladı. Layihəni başa çatdırmaq və təlim almaq üçün əlavə yerli bacı-qardaşlar cəlb olundu. Nəticədə, 30 aprel 2023-cü ildə tikinti başa çatdı.
Yerli könüllülər arasında Sethasat Tavansirikul qardaş və həyat yoldaşı Varaporn bacı da var idi. Təcrübələri az olduğu üçün onlar əvvəl-əvvəl narahat idilər. Sethasat qardaş deyir: «Orada yaxşı təlim aldıq».
Bu layihədə işləmək yerli bacı-qardaşlara böyük sevinc və məmnunluq gətirdi. Bu da onları tamvaxtlı xidmətin başqa sahələrində xidmət etməyə təşviq elədi. Bəziləri indi Tailand filialının ərazisindəki tikinti layihələrində kömək edir. Bir bacı Padşahlıq Müjdəçiləri Məktəbini bitirib? Digərləri Beyteldə xidmət edir. Bu layihədə kömək etmiş və hal-hazırda Beytel ailəsinin yeni üzvlərindən olan Rapipat Voradetsakul qardaş deyir: «Tikinti vaxtı Yehovanın köməyini hiss etməyim məni Beytel xidmətini qəbul etməyə cəsarətləndirdi. Əminəm ki, Yehova bu yeni təyinatımda da mənə kömək edəcək».
Tailand filialının tikinti və təmir işlərinə yaşayış və ofis binalarının təmiri, yeni texniki xidmət və anbar binalarının tikintisi, eləcə də yeni dayanacağın salınması daxil idi. Üstəlik, Beytel ailəsinin yaşaması üçün filialın yaxınlığında altı mənzil alınıb təmir edildi.
Biz sevinirik ki, Tailanddakı bacı-qardaşlar könüllü olaraq özlərini Yehovaya həsr ediblər və Zəbur 34:8 ayəsindəki sözlərin həqiqiliyini hiss ediblər: «Dadın, görün necə gözəldir Yehova».