Kontentə keç

11 AVQUST 2017
TAYVAN

Tayvanda uğurlu alternativ mülki xidmət proqramı

Tayvanda uğurlu alternativ mülki xidmət proqramı

2000-ci ildə Tayvan alternativ mülki xidmət proqramı təsis etdi. Bu proqramın sayəsində əqidəsinə görə hərbi xidmətdən imtina edən gənclərin vicdanlarına zidd olmadan vətəndaş borclarını yerinə yetirmək imkanı yarandı. Bu proqram çərçivəsində əlinə silah almağa vicdanı yol verməyən kəslərə xəstəxanalarda, qocalar evində və digər dövlət müəssisələrində işləmək imkanı verilir. Proqram gözləntiləri aşdı, həm Tayvan cəmiyyətinə fayda gətirdi, həm də onun sayəsində əqidəsinə görə hərbi xidmətdən imtina edənlər bitərəfliklərini qoruduqları üçün həbs edilməkdən qurtuldular.

Bu videoda Tayvanda alternativ mülki xidmət proqramının necə təsis olunduğu haqda danışılır. Həmçinin bu xidmət növünə etiraz edən insanları tez-tez narahat edən suallar cavablandırılır və bu proqramın təşkilində əməyi keçən insanların şərhləri gətirilir. Dövlət Çağırış Komissiyasının baş direktoru Lin Qoyan bildirir: «Çox ümid edirəm ki, digər ölkələr də bizim təcrübəmizdən yararlanacaq».