Kontentə keç

9 FEVRAL 2018
TAYVAN

Tayvanda dəhşətli zəlzələ

Tayvanda dəhşətli zəlzələ

Çərşənbə axşamı, fevralın 6-sı gecə saatlarında Tayvanın şərq sahillərində 6,4 bal gücündə zəlzələ baş verib. Mətbuatın verdiyi məlumata əsasən, azı 6 adam həyatını itirib, 250–dən çoxu xəsarət alıb. Üstəlik, 76 nəfər itkin düşüb.

Zəlzələdə ölən və yaralananların arasında təbliğçilər yoxdur. Amma güclü təkana məruz qalan Xualien ərazisindəki binaya zərər dəyib. Bu binada ami (yerli Tayvan dili) tərcümə ofisi və ibadət evi yerləşir. Bundan əlavə, tərcümə qrupunun bəzi üzvlərinin yaşadığı mənzil şiddətli dağıntıya məruz qalıb, ona görə də onları təxliyyə ediblər. Yerli qardaşlar zəlzələdən zərər çəkənləri dərhal müvəqqəti yaşayış yeri ilə təmin edib. Tayvan filialı başqa tələbatların da ödənilməsi üçün köməyini əsirgəmir.

Dua edirik ki, zərər çəkən bacı-qardaşlarımız bu əziyyətli vaxtda qəlb rahatlığı tapsın və onların qayğısına qalmağa təyin olunan qardaşların «küləkdən daldalanacaq» olduqları sübuta yetsin (Əşiya 32:2).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Tayvan: Çin Yanqdian, tel.: +88634777999