21 MART 2023
TOQO
Kabre dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü
12 mart 2023-cü il tarixində Benin filial komitəsinin üzvü Vilfrid Sohinto kabre dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin işıq üzü gördüyünü elan etdi. Bu elan Toqonun Kara şəhərində 2959-dan çox insanın iştirak etdiyi görüşdə səsləndi a. Elandan dərhal sonra Müqəddəs Kitab çap olunmuş formatda paylanıldı və elektron formatda da əlçatan oldu.
Kabre dilində danışan əhalinin əksəriyyəti Toqonun şimalında yaşayır. Bu dildə həmçinin qonşu ölkələr olan Benin və Qanada da danışılır. Kabre dili təxminən bir milyon insanın ana dilidir.
Kabre dilində Müqəddəs Kitabın başqa tərcümələri də var, amma ilk dəfə olaraq «Yeni Dünya Tərcüməsi»ndə Allahın adı mətn boyu hər yerdə dəqiqliklə yazılıb. Həmin dildə Müqəddəs Kitabın başqa bir tərcüməsində Allahın adı yalnız Çıxış 3:15 ayəsində qeyd olunub.
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» ilə bağlı bir tərcüməçi demişdi: «Müqəddəs Kitabın tərcümə işinə Yehovanın dəstək olduğu göz qabağındadır. Bu tərcümə xidmətdə bizə kömək edəcək və ibadət görüşlərində ondan istifadə etmək bizə zövq verəcək».
Biz kabredilli bacı-qardaşların sevincinə şərikik. Onlar bu dəyərli ənam sayəsində Yehovanın adına alqış edəcəklər (Zəbur 135:1).
a Toqoda təbliğ işinə Benin filial komitəsi nəzarət edir.