Kontentə keç

İhlosbek Rozmetov

22 YANVAR 2021
TÜRKMƏNİSTAN

İhlosbek Rozmetov ikinci dəfə məhkum edilib

İhlosbek Rozmetov ikinci dəfə məhkum edilib

Hökm

19 yanvar 2021-ci il tarixində əqidəsinə görə hərbi xidmətdən imtina edən qardaşımız İhlosbek Rozmetov Türkmənistanın mülki məhkəməsinin qərarı ilə iki il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbsə məhkum edilib. Qardaş bitərəf mövqeyinə görə ikinci dəfədir həbsə məhkum edilir.

Qardaş barədə məlumat

İhlosbek Rozmetov

  • Doğulduğu il: 1997 (Əndəlib)

  • Bioqrafiya. Ondan başqa, ailədə daha iki uşaq var. Ailəsinə dolanmağa kömək etmək üçün on yaşından dərsdən sonra işləyirdi. İdmanı, musiqini və kitab oxumağı sevir. Anası 2010-cu ildən, İhlosbek isə 2011-ci ildən Müqəddəs Kitabı araşdırır.

Cinayət işi barədə məlumat

11 iyul 2018-ci il tarixində o vaxt 20 yaşı olan İhlosbek əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün Seyidi əmək düşərgəsində bir il müddətinə həbsə məhkum edilmişdi. Bu müddət bitəndən sonra onu azad etdilər. Türkmənistanın qanununa əsasən, əqidəyə görə hərbi xidmətdən imtina edən şəxs ikinci dəfə həbsə məhkum edilə bilər.

25 noyabr 2020-ci il tarixində İhlosbek yenə də hərbi xidmətə çağırıldı. O, məsihi mövqeyini hörmətlə izah etdi. Bununla belə, onun barəsində cinayət işi açıldı və o, hərbi xidmətdən ikinci dəfə imtina etdiyinə görə ona daha uzunmüddətli həbs cəzası təyin edildi.

İhlosbekin sözlərinə görə, birinci dəfə həbsxanada olanda onun üçün «çox çətin idi». Həbsxanaya düşməzdən əvvəl oxuyub əzbərlədiyi Müqəddəs Kitab ayələri ona dözüm verdi. İhlosbekə ən çox Filippililərə 4:6, 7 ayələri kömək etdi. Bu ayələri yadına salıb o, hər dəfə özünə xatırladırdı ki, «heç nəyə görə narahat» olmağa dəyməz, sülh üçün Allaha dua etmək və təlaşlı anlarda sakitliyi qorumaq lazımdır. İhlosbek deyir: «Sınaqlar zamanı həmişə Yehovaya dua edirdim və Onun yanımda olduğunu hiss edirdim».

Biz əminik ki, Yehova bundan sonra da İhlosbeki və Ona bel bağlayanları möhkəmləndirəcək (Əşiya 40:29—31).