8 FEVRAL 2021
TÜRKMƏNİSTAN
Artur Yanqibayev məhkəmə tərəfindən ikinci dəfə cəzalandırılıb
Hökm
18 yanvar 2021-ci il tarixində türkmən məhkəməsi əqidəsinə görə hərbi xidmətdən imtina edən Artur Yanqibayev qardaşı iki il müddətinə həbsə məhkum edib. Qardaş bitərəf mövqeyinə görə ikinci dəfə cəzalandırılıb.
Qardaş barədə məlumat
Artur Yanqibayev
Doğulduğu il: 1997 (Seyidi)
Bioqrafiya. Gənc yaşlarından üzləşdiyi çətinliklər onu dünyada nəyə görə bu qədər ədalətsizliyin olduğu barədə düşünməyə vadar etdi. O, bu barədə Yehovanın Şahidi olan bacısı ilə danışdı. Nəticədə, 13 yaşında Müqəddəs Kitabı öyrənməyə başladı. 2014-cü ildə vəftiz olundu.
Mənzillərin təmir-tikintisi ilə məşğul olur. Arturun valideynləri onun xeyirxah və məsuliyyətli övlad olduğunu deyir. Qonşuları isə ona dürüstlüyünə görə hörmət edir.
Cinayət işi haqda məlumat
8 avqust 2016-cı il tarixində Artur əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün məhkəməyədək həbsə alındı. Avqustun 30-u o, iki il müddətinə islah işlərinə məhkum edildi. 2018-ci ilin payızında Artur islah işlərini bitirdi.
15 dekabr 2020-ci il tarixində onu ikinci dəfə hərbi xidmətə çağırdılar. Bir müddət sonra prokurorluqda onu sorğu-sual etdilər və nəyə görə hərbi xidmətdən imtina etdiyini yazılı şəkildə izah etməyi xahiş etdilər.
Dekabrın 30-u prokurorluqdan xəbər gəldi ki, onun barəsində cinayət işi açılıb. Onun pasportu müsadirə edildi.
Arturun sözlərin görə, ilk ittiham hökmündən sonra Romalılara 8:37—39 ayələri ona əminlik verib ki, heç kim ona Yehovaya sadiq qalmağa mane ola bilməz. Biz əminik ki, Yehovanın köməyilə Artur bu sınağa da dözəcək.