Kontentə keç

13 YANVAR 2021
TÜRKMƏNİSTAN

Hərbi məhkəmə Ruslan Artıkmıradovu iki il müddətinə həbsə məhkum edib

Hərbi məhkəmə Ruslan Artıkmıradovu iki il müddətinə həbsə məhkum edib

11 yanvar 2021-ci il tarixində Ruslan Artıkmıradov Türkmənistanın hərbi məhkəməsinin qərarı ilə iki il müddətinə həbsə məhkum edilib. Qardaş bitərəf mövqeyinə görə artıq ikinci dəfədir həbsə məhkum edilir.

Hökm elan ediləndə Ruslan ruhdan düşmədi və gülümsəyirdi. Onu mühafizəçilərin müşayiəti ilə məhkəmə zalından aparanda o, İsanın Mətta 24:13 ayəsində yazılmış sözlərini sitat gətirdi: «Axıra kimi dözən xilas olacaq».

Türkmənistandakı gənc qardaşların cəsarətini görəndə ürəyimiz fərəhlə dolur. Onlar «qarşıda onu gözləyən sevincə görə» bir çox sınaqlara tab gətirmiş Örnəyimiz İsadan nümunə götürürlər (İbranilərə 12:2).