Kontentə keç

Maksat Cumadurdıyev

28 YANVAR 2021
TÜRKMƏNİSTAN

Maksat Cumadurdıyev ikinci dəfə həbsə məhkum edilib

Maksat Cumadurdıyev ikinci dəfə həbsə məhkum edilib

Hökm

18 yanvar 2021-ci il tarixində Türkmənistan məhkəməsi əqidəsinə görə hərbi xidmətdən imtina edən Maksat Cumadurdıyevi iki il müddətinə həbsə məhkum edib.

Qardaş barədə məlumat

Maksat Cumadurdıyev

  • Doğulduğu il: 2000 (Lebap vilayəti, Seyidi)

  • Bioqrafiya. İki bacısı var. Məktəbdə yaxşı oxuyub. İdmanla məşğul olmağı sevir. Gözəl rəsm çəkmək bacarığı var. Yaşadığı yerdə hamı onu təvazökar, dürüst və zəhmətkeş gənc kimi tanıyır.

    Müqəddəs Kitabı 2018-ci ildən araşdırır. 2019-cu ildə vəftiz olunub. Ailədə yeganə Yehovanın Şahididir.

Cinayət işi haqda məlumat

Hərbi xidmətdən imtina etdiyinə görə Maksat artıq bir il həbsdə olub. Onu 17 iyul 2019-cu il tarixində azad ediblər. Türkmənistanda əqidəyə görə hərbi xidmətdən imtina edənlər iki dəfə cinayət təqibinə məruz qaldıqları üçün 2020-ci ilin mart ayında onu ikinci dəfə hərbi xidmətə çağırdılar. O, ikinci dəfə həbs olunmaq təhlükəsinin olduğunu bilsə də, ərizə verərək hərbi xidmətdən imtina etdi.

Bir neçə sorğu-sualdan və tibbi müayinədən sonra 30 dekabr 2020-ci il tarixində ona məlumat verdilər ki, barəsində yeni cinayət işi açılıb. Bundan başqa, onun pasportu da müsadirə edildi.

İlk məhkəmə işi və həbs Maksat üçün çox ağır idi. O deyir: «2018-ci ildə həbsə salınanda mənim üçün ən çətini valideynlərimdən ayrı düşmək idi... Valideynlərim Yehovanın Şahidi deyil və onlar demişdilər ki, əgər bu yolu seçsəm, mənimlə maraqlanmayacaqlar».

Maksat xatırlayır: «Mark 10:29, 30 ayələri mənə ailə və dost həsrətinə dözməyə kömək etdi. İsa söz vermişdi ki, onun yolunda və müjdə uğrunda nəsə itirsək, onun yüz qat artığını alacağıq».

Həbsxanada olduğu müddətdə Maksat görürdü ki, Yehova çox vaxt onun dualarına tez cavab verirdi və çətin vəziyyətlərdən çıxış yolu göstərirdi. O, tez-tez Yuşə 1:9 ayəsini yadına salırdı. Orada deyilir: «Cəsur ol, möhkəm ol. Qorxma, təlaşa düşmə, çünki Mən, Allahın Yehova hər yerdə səninlə olacağam».

İkinci məhkəmə işindən əvvəl Maksat Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanının səsinə qulaq asmağa qəti qərarlı olduğunu demişdi: «İkinci dəfə həbsxanaya getməli olsam da, mən artıq əminəm ki, Yehova hər vəziyyətdə mənə kömək edəcək. Filippililərə 4:6, 7 ayələrində verilən məsləhət mənə cəsarət və qəlb rahatlığı verir».

Yehovanın ali hökmranlığının tərəfini tutan Maksat və digər qardaşlar üçün dua etməyə davam edirik. Biz əminik ki, Yehova həbsdə olan bütün sadiq qardaşlara böyük mükafat verəcək (Vəhy 2:10).