Kontentə keç

Soldan sağa: doğma qardaşlar Eldor və Sancarbek Saburovlar

7 AVQUST 2020
TÜRKMƏNİSTAN

Türkmənistanda məhkəmə Eldor və Sancarbek Saburov qardaşlarını iki il müddətinə həbsə məhkum edib

Türkmənistanda məhkəmə Eldor və Sancarbek Saburov qardaşlarını iki il müddətinə həbsə məhkum edib

6 avqust 2020-ci il tarixində Türkmənistan məhkəməsi Eldor və Sancarbek Saburov qardaşlarını əqidəyə görə hərbi xidmətdən imtina etdikləri üçün iki il müddətinə həbsə məhkum edib. Eldorun 21, Sancarbekin isə 25 yaşı var. Məhkəmə onların apellyasiya xahişini təmin etməyib. Qardaşlar ikinci dəfədir ki, bitərəflik mövqelərinə görə məhkum edilir.

2016-cı ildə Sancarbek Saburov hərbi xidmətə getməkdən imtina etmişdi. Nəticədə, o təqsirli bilinərək iki il müddətinə şərti həbs cəzasına məhkum edilmişdi.

Növbəti il Sancarbekin kiçik qardaşı Eldor da hərbi xidmətdən imtina etmişdi. Məhkəmə onu iki il müddətinə islah işlərinə məhkum etmişdi. Həmçinin onun məvacibinin 20 faizi dövlətin xeyrinə tutulurdu.

Türkmənistan qanunlarına əsasən, əqidəyə görə hərbi xidmətdən imtina edən şəxs növbəti imtinaya görə yenidən məhkum edilə bilər. 2020-ci ilin aprel ayında qardaşlar yenə də hərbi xidmətə çağırıldılar. Hər iki qardaş hərbi xidmətdən imtina etdi. Onlara qarşı cinayət işləri açıldı və nəticədə, onlar həbsə məhkum edildilər.

Qardaşların həbsi valideynlərinə yaşatdığı mənəvi sarsıntı ilə yanaşı, onların dolanışığını da çətinləşdirib. Qardaşların atası xroniki bel ağrılarından əziyyət çəkir və bu səbəbdən çox işləyə bilmir. Qardaşlar pambıq yetişdirməklə ailənin dolanmasına kömək edirdilər. Lakin indi valideynlər bu köməkdən məhrumdurlar. Üstəlik, indi onlar oğullarının qeydinə qalmalı olacaqlar.

Türkmənistanda alternativ mülki xidmət yoxdur. Əqidəyə görə hərbi xidmətdən imtina edən gənc qardaşlarımız bir ildən dörd ilədək həbsə məhkum edilə bilər. Eldor və Sancarbek də daxil olmaqla, hal-hazırda Türkmənistanda bitərəflik mövqeyinə görə on gənc Yehovanın Şahidi həbsdə saxlanılır.

Biz əminik ki, Yehova Türkmənistandakı cəsarətli qardaşlarımızı mükafatsız qoymayacaq. Qoy onlar Yehova Allahın Asa padşaha verdiyi vədi həmişə xatırlasınlar: «Siz möhkəm olun, ruhdan düşməyin. Zəhmətinizə görə mükafat alacaqsınız» (2 Salnamələr 15:7).