3 FEVRAL 2021
TÜRKMƏNİSTAN
Veniamin Genciyev iki il müddətinə həbsə məhkum edilib
Hökm
19 yanvar 2021-ci il tarixində türkmən məhkəməsinin qərarı ilə əqidəsinə görə hərbi xidmətdən imtina edən Veniamin Genciyev iki il müddətinə həbsə məhkum edilib.
Qardaş barədə məlumat
Veniamin Genciyev
Doğulduğu il: 2000 (Seyidi)
Bioqrafiya. Yehovanın Şahidi kimi böyüyüb. 15 yaşında təbliğçi olub. 19 yaşında vəftiz olunub. Hamı onu mülayim və ünsiyyətcil insan kimi tanıyır.
Avtoçilingərliyi öyrənib. Gitara çalmağı sevir. Sinif yoldaşları imanına görə onu lağa qoyurdular. Müqəddəs Kitaba əsaslanan əqidəsini müdafiə etməyi öyrənib.
Cinayət işi haqda məlumat
2018-ci ilin iyul ayında Veniamin həqiqi hərbi xidmət keçməkdən imtina etdiyi üçün birillik həbsə məhkum edilmişdi. 25 iyun 2019-cu il tarixində o azadlığa buraxıldı.
25 dekabr 2020-ci il tarixində onu Dyanev rayonunun prokurorluğuna çağırdılar. Ondan hərbi xidmətdən imtina etməsinin səbəblərini yazılı şəkildə izah etməyi tələb etdilər. 30 dekabr 2020-ci il tarixində prokurorluq ona məlumat verdi ki, barəsində ikinci dəfə cinayət işi açılıb. Onun pasportu müsadirə edildi.
Birinci dəfə həbsdə olduğu müddəti Veniamin belə xatırlayır: «Mən Yehovanın dəstəyini hiss edirdim. Bu, mənə güc verir və imanımı möhkəmləndirirdi. Yehovaya dua edir və xoş xəbəri məhbuslarla bölüşürdüm, bu, məni ruh düşkünlüyündən xilas edirdi.
Həbsdə olanda valideynlərim mənə baş çəkməyə imkanı olmayan bacı-qardaşların salamlarını çatdırırdılar. Bunun sayəsində həbs müddəti başa çatana kimi dözə bildim».
Bir ayə Veniaminə xüsusilə güc verirdi. Bu, Əşiya 54:17 ayəsidir. Ayədə deyilir: «Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək». Bu kimi ayələr, o cümlədən onun üçün etdiyimiz dualar qardaşa bu iman sınağına dözməyə kömək edəcək.