20 MART 2019
TÜRKMƏNİSTAN
Bəhram Həmdəmov azadlığa buraxılıb
13 fevral 2019-cu il tarixində 55 yaşlı Bəhram Həmdəmov dördillik həbsdən sonra Türkmənistanın Seyidi həbsxanasından azadlığa buraxılıb. O artıq həyat yoldaşı Gülzira və dörd övladına qovuşub. Cənab Həmdəmov Türkmənabad yaxınlığındakı evində dinc dini yığıncağın keçirildiyinə görə 14 mart 2015-ci il tarixində həbs olunmuş və 19 may 2015-ci il tarixində Lebap Vilayət Məhkəməsi tərəfindən məhkum olunmuşdu. Cənab Həmdəmov həbsdə olduğu müddətdə Türkmənistan hökuməti orta hesabla ildə üç dəfə məhbuslara amnistiya verib. Azadlığa buraxılanlar arasında hətta qatillər olub, lakin o, amnistiyaya düşməyib. 15 avqust 2016-cı il tarixində cənab Həmdəmov BMT-nin İnsan Hüquqları Komitəsinə şikayət verib, lakin şikayətə hələ baxılmayıb. BMT-nin İnsan Hüquqları Komitəsinin əqidəyə görə hərbi xidmətdən imtina etdikləri üçün gənc Yehovanın Şahidlərini təqib edən və həbsdə saxlayan Türkmənistan hökumətinə qarşı çıxardığı on qərarına baxmayaraq, on bir nəfər Yehovanın Şahidi hələ də həbsdədir.