Kontentə keç

1993-cü ildə Kiyevdə keçirilmiş «İlahi təlim» adlı beynəlxalq toplantıda 7402 nəfərin vəftiz olunması üçün 6 hovuz istifadə olunmuşdu

25 OKTYABR 2023
UKRAYNA

30 il öncə Ukraynada keçən tarixi toplantıdan xatirələr

30 il öncə Ukraynada keçən tarixi toplantıdan xatirələr

1993-cü il 7 avqust tarixində Ukraynanın Kiyev şəhərində keçirilən «İlahi təlim» adlı beynəlxalq toplantıda 7402 bacı-qardaşımız vəftiz olundu. Bu, Yehovanın Şahidlərinin tarixində ən geniş miqyaslı vəftizdir. Bu möhtəşəm hadisə vəftiz olunanların ömür yoluna silinməz izlər qoydu.

Vəftiz olunanlar arasında Volodimir və həyat yoldaşı Alla da var idi. Bu onların iştirak etdiyi ilk toplantı idi. Toplantıya 16 ölkədən 65 000-ə yaxın iştirakçının qatılması onlarda güclü təəssürat oyatmışdı: «Ümumdünya qardaşlığımız haqda yalnız nəşrlərimizdən oxuyurduq. Amma Kiyevdə keçirilən toplantı bizə sübut etdi ki, bu qardaşlıq realdır. Bütün bu illər ərzində toplantılara qatılıb bacı-qardaşlarla tanış olduqca öyrəndik ki, Yehovanı həyatımızda birinci yerə qoyanda sözün əsl mənasında xoşbəxt oluruq».

Solda: Volodimir və həyat yoldaşı Alla 1993-cü ildə keçirilən toplantıda. Sağda: Volodimir və Alla indi

Kiyevdə yaşayan Aleksandr adlı bir qardaş yığıncağındakı 50-dən çox bacı-qardaşla birlikdə vəftiz olunmuşdu. Qardaş oradakı ab-havanı belə xatırlayır: «Bacı-qardaşlar arasındakı birlik və məhəbbəti görəndə göz yaşlarımı saxlaya bilmədim. Bir daha əmin oldum ki, sevgi dolu ruhani ailəm var. Bu gün də toplantılara qatılanda eyni hissləri keçirirəm».

Solda: Aleksandr 1993-cü ildə keçirilən toplantıda. Sağda: Aleksandr və həyat yoldaşı indi

Lyudmila adlı bir bacı həmin toplantını və öz vəftizini belə xatırlayır: «“İlahi təlim” adlı toplantı diqqətimi ruhani məqsədlərimə cəmləməyə kömək etdi. Yehovaya tamvaxtlı xidmət etmək qərarına gəldim. Məqsədimə çatmışam, artıq 28 ilə yaxındır ki, tamvaxtlı xidmətdəyəm. Bütün bu illər ərzində Yehova həmişə mənə dayaq olub».

Solda: Lyudmila 1993-cü ildə keçirilən «İlahi təlim» adlı beynəlxalq toplantıda. Sağda: Lyudmila indi

1993-cü ildə Kiyevdə keçirilən «İlahi təlim» adlı beynəlxalq toplantı həqiqətən də möhtəşəm tədbir idi. Bu toplantıdan sonra Ukraynada təbliğçilərin sayı təxminən 3 dəfə artıb. Yehova bu gün də özünü Ona həsr edib vəftiz olunan və cəsarətlə xidmət edən kəslərə bol nemətlər verir (Çıxış 32:26).