Kontentə keç

Aleksandr Tretyak

28 DEKABR 2020
UKRAYNA

AİHM imanına görə döyülmüş Aleksandr Tretyakın xeyrinə qərar verib

AİHM imanına görə döyülmüş Aleksandr Tretyakın xeyrinə qərar verib

Cümə axşamı, 17 dekabr 2020-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) «Tretyak Ukraynaya qarşı» işi üzrə qərarını elan etdi. Qərar qardaşımız Aleksandr Tretyakın xeyrinədir. Aleksandr qardaş 26 noyabr 2013-cü il tarixində xidmətdən evə qayıdarkən üç nəfər tərəfindən qəddarcasına döyülmüşdü. AİHM qət etdi ki, Ukrayna hakimiyyət orqanları bu cinayəti lazımi qaydada araşdırmayıb. Məhkəmə qardaşa 7500 avro (9100 ABŞ dolları) məbləğində təzminatın ödənilməsini qərara aldı.

Aleksandrı o dərəcədə bərk döymüşdülər ki, bir aya yaxın xəstəxanada yatmalı olmuşdu. Polis yalnız üç aydan sonra cinayət yerinə baxış keçirmişdi. Onlar hücumu dini zəmində baş vermiş cinayət kimi təsnif etməkdən imtina etmiş və qardaşın yaralarının ciddi olmadığını bildirmişdi. Daha sonra isə onlar cinayətin ağırlıq dərəcəsini az ağır cinayət səviyyəsinə qədər endirmişdilər. Bundan əlavə, polis qardaşa hücum çəkmiş üç nəfərdən yalnız birinə qarşı ittiham irəli sürmüşdü, o da o, ölkədən qaçandan sonra. Biri polis əməkdaşı olan qalan iki nəfər isə işə şahid qismində cəlb edilmişdi. Cinayətkarların heç biri cəzalandırılmamışdı. Bu və digər ədalətsizliklər Aleksandrı 2015-ci ildə AİHM-ya ərizə verməyə vadar etdi.

AİHM qərarında belə nəticəyə gəlib ki, «[Ukrayna] hakimiyyət orqanları ərizəçiyə qarşı törədilmiş cinayəti lazımi qaydada araşdırmayıb» və bununla Avropa İnsan Hüquqları Konvensiyasını pozub.

Ümid edirik ki, bu qərar Ukrayna və digər ölkələrdə bacı-qardaşların dini hüquqlarının müdafiəsinə xidmət edəcək. Ən əsası isə, haqqı bərqərar edən Yehova Allahımıza minnətdarıq (Mərsiyələr 3:59).