Kontentə keç

Bombalanma zamanı sığınacaqda gizlənən dindaşlarımız (Ukrayna, Xarkov şəhəri)

3 MART 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü

24 fevral 2022-ci il tarixində Rusiya qoşunlarını Ukraynaya yeritdi. Ukraynada 129 000-dən çox Yehovanın Şahidi və onların uşaqları yaşayır. Filial komitəsi bacı-qardaşlara humanitar yardım göstərmək üçün 27 Zərərçəkənlərə yardım komitəsi yaradıb. Bu çətin zamanda Ukraynadakı bacı-qardaşlar da məsihi məhəbbətini göstərməyə davam edirlər. Onlar bir-birlərinə və digər insanlara əl tutur və emosional yardım göstərirlər.

Bacı-qardaşların əksəriyyəti ölkədə qalıb, amma bəziləri ölkədən qaçmaq qərarına gəlib. Onlar sərhədi keçmək üçün 30 kilometrə qədər uzanan növbələrdə üç-dörd gün dayanmalı olmuşdular. Sərhəd bölgəsində yaşayan bacı-qardaşlar növbələrdə dindaşlarını axtarır, onlara su, yemək və digər zəruri əşyalar gətirirdilər. Sərhədin o biri tərəfində bacı-qardaşları dindaşlarımız jw.org plakatları ilə qarşılayırdı. Onlar bacı-qardaşlara təsəlli verir və praktiki kömək göstərirdilər.

Polşa (solda) və Slovakiyadakı (sağda) bacılarımız Ukraynadan gələn bacı-qardaşları qarşılayır

Bacı-qardaşlara təsiri

  • Xarkovun bombalanması zamanı həlak olan qardaşımız Pyotr Mozul. O, yığıncaq xidmətçisi idi

    Əfsuslar olsun ki, 1 mart 2022-ci il tarixində Xarkov şəhərinin bombalanması zamanı 1 lal-kar qardaş həlak oldu, onun həyat yoldaşı isə ağır yaralandı.

  • Daha 3 bacı yaralanıb.

  • 5000-dən çox təbliğçi evlərini tərk edib.

  • 2 ev dağılıb.

  • 3 evə böyük ziyan dəyib.

  • 35 evə cüzi ziyan dəyib.

  • 2 ibadət evinə ziyan dəyib.

  • Bir çox təbliğçilər elektrik enerjisinin, istiliyin, suyun verilməsində fasilələrin olduğunu deyir. Həmçinin telefon əlaqəsi pis işləyir.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi yaradılıb.

  • Komitələr 867 təbliğçiyə daha təhlükəsiz yerlərdə sığınacaq tapmağa kömək edib.

  • Komitələr zərərçəkənləri lazım olan hər şeylə, o cümlədən su və ərzaqla təmin edir.

Burada gətirilən məlumat ilkin məlumatlardır.

Biz dua edirik ki, bu qeyri-sabit və keşməkeşli zamanda hikmət və uzaqgörənlik bacı-qardaşlara yar olsun. Onların bir-birilərinə məhəbbət göstərdiklərini görmək ürəyimizi riqqətə gətirir (Məsəllər 9:10; 1 Salonikililərə 4:9).