Kontentə keç

Alyona bacı raket partlayışı nəticəsində ciddi ziyan dəymiş evinin qarşısında. Bacı-qardaşlar dərhal onun köməyinə çatdılar

4 İYUL 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (10)

«Əsl cəsarət, qayğı və sədaqət» nümunələri

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (10)

Ukraynadakı bacı-qardaşlar dindaşlarına dəstək olmağa davam edirlər. Onlar bir-birilərinə qarşı fədakar məhəbbət göstərirlər.

Alyona bacının 81 yaşı var. İyunun 6-sı onun evindən bir neçə metr aralıda raket partlayıb. Partlayış nəticəsində qonşunun evi tamamilə dağılıb. Raketin düşdüyü yerdə yeddi metr dərinliyində çuxur yaranıb. Partlayış o qədər güclü olub ki, bacının evinə də ciddi ziyan dəyib.

Bacı deyir: «Yatdığım yerdə çarpayının yanındakı divar uçdu. Az qalmışdı başıma düşsün. Hər tərəfi toz-duman bürümüşdü. Ətrafa daş-kəsək və şüşə qırıntıları səpələnmişdi. Yehovaya şükür edirdim ki, sağ qalmışam». Partlayışdan bir neçə dəqiqə sonra bacı-qardaşlar Alyona bacının yanına gəldi. Onun yanına gələnlərin arasında evinə ciddi ziyan dəymiş bir qardaş da var idi. Alyona bacı deyir: «Bacı-qardaşlar donub-qalmışdılar, bilmirdilər nə desinlər. Amma onların yanımda olması mənim üçün kifayət idi».

Sergey adlı ağsaqqal yığıncaqdakı gənclərlə tez-tez Alyona bacıya baş çəkir. O deyir: «Alyona bacının evinin yanında partlayış olduğunu eşidəndə çox qorxdum və narahat oldum. Ancaq ona ciddi ziyan dəymədiyini, sadəcə cüzi yaralandığını eşidəndə sakitləşdim. Adamı heyran qoyan o idi ki, bacının dağılmış evindən götürmək istədiyi ilk şey bir neçə gün əvvəl aldığı Müqəddəs Kitaba əsaslanan nəşrlər idi».

Xoşbəxtlikdən, bacının qohumları onun üçün yeni ev tapdılar. Yığıncaq isə ona yardım göstərməyə davam edir. Yığıncaqdakı ağsaqqallar hər gün Alyona bacı ilə əlaqə saxlayır. Bacı-qardaşlar Alyona bacını eşitmə aparatı ilə təmin ediblər. Beləcə, o, yığıncaqlardan tam faydalana bilir. Bacı deyir: «Bəzən özümü gücsüz hiss edirəm, amma yığıncaqlar mənə güc verir. Dindaşlarım tez-tez mənə zəng edir və buna görə onlara çox minnətdaram».

Bir cütlük 200 bacı-qardaşla ibadət evinin zirzəmisində gizlənmişdi. Bacı deyir: «Ağsaqqalların göstərdiyi köməkdən çox təsirləndim. Onlar mənə qoyunlarını qorumaq üçün şir və ayı ilə savaşan Davudu xatırladır. Zirzəmidəkiləri ərzaq və su ilə, eləcə də lampa yandırmaq üçün yanacaqla təmin etmək üçün ağsaqqallar ölümlə üz-üzə qalırdılar. Onların fədakarlığı sayəsində biz yığıncaq və təbliğ görüşlərini keçirə bilirdik. Hətta güclü atışma olanda da ağsaqqallar öz evlərində qalan bacı-qardaşlara mütəmadi olaraq baş çəkir, onlara ərzaq və su gətirir və təsəlli verirdilər. Bu ağsaqqallara hörmətim böyükdür. Bu hadisələrdən əvvəl mən onları müəllim və təbliğçi kimi tanıyırdım, amma indi onlar mənim üçün tam güvənə biləcəyim çobanlardır. Onlar əsl cəsarət, qayğı və sədaqət nümunəsidir. Buna görə onlara çox minnətdaram».

Ukraynadakı bir yığıncağın təbliğçiləri yardım işlərinə rəhbərlik edən qardaşlar barədə Ukrayna filialına belə yazmışdılar: «Qəlbimiz minnətdarlıqla doludur. Yehovanın bacı-qardaşların qeydinə necə qaldığını görmək ürəyimizi riqqətə gətirir. Biz İsanın dediyi növbəti sözlərin doğruluğuna şəxsən əmin olduq: “Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz”» (Yəhya 13:35).

Aşağıda 21 iyun 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatlar gətirilib. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün bölgələri ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 42 təbliğçi həlak olub.

  • 83 təbliğçi xəsarət alıb.

  • 31 185 təbliğçi evlərini tərk edib.

  • 495 ev dağılıb.

  • 557 evə ciddi ziyan dəyib.

  • 1429 evə cüzi ziyan dəyib.

  • 5 ibadət evi dağılıb.

  • 8 ibadət evinə ciddi ziyan dəyib.

  • 34 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 52 348 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 23 433 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.