Kontentə keç

Ukraynada iki təbliğçi ictimai şahidlik edir

18 İYUL 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (11)

Müharibənin tüğyan etdiyi ərazilərdə görülən «yaxşı iş»lər

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (11)

Yenidən ictimai şahidliyə başlamağımız Ukraynada böyük sevincə səbəb olub və müsbət nəticələr verib. Rayon nəzarətçiləri və yerli ağsaqqallar deyirlər ki, insanlar ədəbiyyat arabalarımızı yenidən görməyə şaddırlar və bəziləri hətta Yehovanın Şahidləri üçün darıxdıqlarını deyirlər.

Odessanın Sergeyevka yığıncağında xidmət edən Tatyana bacı qərara gəlib ki, pandemiya başlamazdan əvvəl Müqəddəs Kitaba maraq göstərmiş insanlara baş çəksin. O deyir: «İctimai şahidlik bərpa olunandan Yehovanın bizə necə dəstək olduğunu hiss edirdim». Pandemiyadan əvvəl o bir qadına təbliğ etmişdi, amma qadın Müqəddəs Kitabı öyrənmək istəməmişdi. Bu dəfə həmin qadını ziyarət edəndə isə o, ruhani mövzulara həvəslə qulaq asdı və Müqəddəs Kitabı araşdırmağa razılaşdı. Tatyana bacı deyir: «Gərək əvvəllər ruhani mövzularda söhbət etdiyim insanların hamısına baş çəkim və Müqəddəs Kitabı araşdırmağı yenidən təklif edim!»

Yevgeni və Liliya müharibəyə görə Mariupoldan köçmüş təbliğçilərdir. Onlar evlərindən qaçmalı olmuşdular. Hal-hazırda isə Ukraynanın daha təhlükəsiz ərazisində yaşayırlar. Onların hər ikisi müntəzəm olaraq təbliğ edir. Təbliğ onlara kömək edir ki, fikirlərini problemlərə cəmləməsinlər. Onlar deyir: «Bilirik ki, həyatımız bir daha əvvəlki kimi olmayacaq. Yeni bir həyata başlamaq çox çətindir, amma əminik ki, Yehova bizə kömək edəcək, çünki O heç vaxt Öz xidmətçilərini atmır. Allahın müqəddəs ruhu üzərimizdədir, bacı-qardaşlar da bizə yeni həyata başlamağa kömək etməyə hazırdırlar».

Ölkənin başqa ərazilərində də bacı-qardaşlar yaxşı işləri ilə başqalarına gözəl şahidlik verir. Məsələn, bir qrup bacı-qardaş Nikolayev şəhərində beynəlxalq humanitar yardım təşkilatına qaçqınlara yardım göstərmək üçün istifadə edilən anbarı təmir etməyə kömək ediblər. Qardaşlar santexnikanı təmir edib, rəflər düzəldib və bir neçə ton malı çeşidləyiblər. Bunu görən humanitar təşkilatın nümayəndəsinin gözləri yaşarıb və o deyib: «Belə gözəl işlərin görüləcəyini heç gözləmirdim».

Ukraynadakı dindaşlarımızın həyatı çox çətin olsa da, təbliğ işində fəal olmaq və «yaxşı işlər» görmək onlara sevinc gətirir (Qalatiyalılara 6:9).

Aşağıda 13 iyul 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatlar gətirilib. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün bölgələri ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 42 təbliğçi həlak olub.

  • 97 təbliğçi xəsarət alıb.

  • 28 683 təbliğçi evlərini tərk edib.

  • 524 ev dağılıb.

  • 588 evə ciddi ziyan dəyib.

  • 1554 evə cüzi ziyan dəyib.

  • 5 ibadət evi dağılıb.

  • 10 ibadət evinə ciddi ziyan dəyib.

  • 36 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 52 947 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 23 863 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.