Kontentə keç

Samborda ibadət evində keçirilən öncül məktəbi (yuxarıda); Jitomirdə sığınacaqda keçirilən öncül məktəbi (aşağıda)

1 FEVRAL 2023
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (16)

Yenidən öncül məktəbi keçirilir

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (16)

26 dekabr 2022-ci ildən öncüllər və xüsusi öncüllər Ukraynanın təhlükəsiz ərazilərində Öncül Məktəbi keçə bilirlər. Yerli şəraitdən asılı olaraq, öncüllər görüşdə ya canlı iştirak edirlər, ya da «Zoom»la qoşulurlar. Hava hücumlarına, elektrik enerjisinin kəsilməsinə, iqtisadi problemlərə və qeyri-sabit internetə baxmayaraq, bacı-qardaşlarımız bu mühüm təlimdən tam yararlanmaq əzmindədirlər. Bu təlim sayəsində onların Yehovaya məhəbbəti və imanı daha da artır.

Bacılar elektrik enerjisi kəsilən vaxt «Zoom» vasitəsilə öncül məktəbinə qoşulmaq üçün bir yerə toplaşıblar. Onlar akkumulyator batareyaları sayəsində elektron cihazlarından istifadə edirlər

Krivoy-Roqdan olan Natalya bacı deyir: «Məktəb mənim üçün xilasedici dairə oldu, narahatçılıqların və qorxuların içində boğulmamağa kömək etdi». Çernovtsıdan olan Anastasiya isə deyir: «Məktəb məni əmin etdi ki, Yehova məni çox sevir. Son bir il dəhşətli hadisələrlə dolu idi, odur ki, bu məktəb lap yerinə düşdü. Yehovadan bol-bol nemətlər almaq üçün əlimdən gələni etməyə qəti qərarlıyam».

Kitsmanda öncül kimi xidmət edən Svitlana bacı məktəbə dəvət alanda əvvəl-əvvəl bilmirdi getsin, ya yox. O deyir: «Yehovaya maddi çətinliklər də daxil olmaqla, bütün problemlərimi danışdım. Mən Ona güvəndim və peşman olmadım. Yehovanın məhəbbətini və qayğısını hiss etdim». Svitlana bacının əzmini görən Yehovanın Şahidi olmayan əri bacı ilə birgə ibadət görüşlərində iştirak etməyə başlayıb.

İnternet kəsiləndən sonra Viktoriya öncül məktəbinə yaxınlıqdakı metro stansiyasından qoşulub

Jitomirdə hava hücumu barədə alınan xəbərdarlığa görə tələbələr iki dəfə yeraltı sığınacağa qaçmalı olublar. Odun sobası ilə otağı qızdırıb dərsə davam ediblər. Bütün bu çətinliklərə baxmayaraq, bu yaxınlarda Jitomirə köçmüş Valentina bacı deyir: «Mən bu məktəbi heç vaxt unutmayacağam. Özümü Yehovanın güclü qanadları altında hiss edirdim».

Bir çox ölkələrdəki öncüllər kimi Ukraynadakı öncüllər də saat normasının azaldılmasına çox sevindilər. Elanı eşidən Yulya bacı deyir: «Yehovaya məhəbbətim aşıb-daşır. Bu səhər Yehovaya dua edib Ona yalvardım ki, mənə bu xidmətdə qalmağa kömək etsin. Bilmirdim necə, amma əmin idim ki, O cavab verəcək. Saat normasının azaldılması barədə eşidəndə qəlbim Yehovaya minnətdarlıq hissi ilə doldu. Məktəbin sonunda aldığımız bu xəbər dadlı yeməkdən sonra verilən desert kimi oldu».

Aşağıda 24 yanvar 2023-cü il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatları çatdırırıq. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün regionları ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 47 təbliğçi həlak olub.

  • 97 təbliğçi xəsarət alıb.

  • 8953 təbliğçi evlərini tərk etməli olub.

  • 590 ev dağılıb.

  • 645 evə ciddi ziyan dəyib.

  • 1722 evə cüzi ziyan dəyib.

  • 8 ibadət evi dağılıb.

  • 17 ibadət evinə ciddi ziyan dəyib.

  • 76 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 26 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 46 ev təmir olunub.

  • 5 ibadət evi təmir olunub.

  • 54 445 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 27 655 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.